Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başladı

Xəbərin çap versiyası
Tarix: 29-06-2017, 20:33
Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başladı


Azərbaycanda “Equpy” adlı yeni sosial şəbəkə fəaliyyətə başlayıb.

SİVİL.AZ bildirir ki, bu barədə “Equpy” sosial şəbəkəsinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Bu sosial şəbəkə digərlərindən öz istifadə rahatlığı və bəsitliyi, həmçinin funksiyalarının çoxluğu ilə fərqlənir. İstifadəçilər qeydiyyatdan keçərək öz şəxsi hesablarını yaradır və dostlarla və tanışlarla əlaqədə olma (yazılı, səsli və görüntülü mesajlaşma), qruplar və səhifələr yaratma və ya digərlərinə qoşula bilmə, tədbirlər yaratma, digər tədbirləri görmə və qoşula bilmə, oyunlar, filmlər, elanlar yaratma, digər istifadəçilərinin elanlarını görmə və alış-veriş edə bilmək və digər yüzlərlə funksiyalardan istifadə hüququna sahib olurlar.

"Equpy" tanıtım məqsədi ilə bir nəfərə "iPhone 7" hədiyyə edəcəyini açıqlayıb.

Qeydiyyatdan keçmək üçün: https://www.equpy.com

Android üçün tətbiq: https://goo.gl/ymCfo7 ("Report")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz