ABŞ-dan yeni kəşf: Tibdə iynə dövrü geridə qalır
Tarix: 30-06-2017, 11:45
ABŞ-ın Milli Səhiyyə İnstitutunun maliyyə dəstəyi ilə "Emori Universiteti" və "Georgia Texnologiya İnstitutu"nun birgə layihəsi maraqla qarşılanıb.
SİVİL.AZ xəbər verir ki, mütəxəssilər tərəfindən hazırlanan lentşəkilli peyvənd iynələri inkişaf etdirilib. Lentin üzərində standart peyvəndlərdə istifadə edilən iynələrin yerinə çoxsayda kiçik, tük şəkilli mikro iynələr qoyulub. Xüsusilə iynədən qorxan insanlar üçün hazırlanan layihə peyvənd olunmayan insanların sayının azalmasına təsir göstərəcək.
Aparılan ilk sınaqlar uğurlu olub.
Lentin yapışqan səthində, dərinin içinə girən yüz ədəd kiçik tük şəklində mikro iynə mövcuddur. Standart qrip vaksinlərini soyuducuda saxlamaq lazımdırsa, lentşəkilli iynəni rəflərdə rahatlıqla saxlamaq olar.
Araşdırmanı aparan professor Mark Prausnitz bildirib ki, sınaqlarda 100 nəfər könüllü iştirak edib:
"Bu iynələr tətbiq edildiyi sahədə qızartı, qaşınma və həssaslıq kimi yan təsirlər verə bilər. Lakin bu əlamətlər bir neçə gün içərisində keçir. Bu üsul tip sahəsində bir inqilab yaradacaq. Artıq insanlar həkimə getmədən də peyvənd ola biləcəklər". (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər