Cinsi gücü artıran qidalar - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 30-06-2017, 17:07
Cinsi gücü artıran qidalar -


Bir çox qidalar var ki, cinsi gücün artmasına və cinsi zəifliyin aradan qalxmasına kömək edir.

SİVİL.AZ cinsi gücü artıran bir sıra qidaları təqdim edir:

1. Banan - B1, B2, C, A və E vitaminləri, dəmir, kalium, kalsium, fosfor, natrium və yodla zəngindir. Kalori nisbəti yüksək olmasına baxmayaraq xolestrol tərkibi olmayan banan əzələləri möhkəmləndirir, enerji verir və ən əsası cinsi gücü artıran xüsusiyyətə malikdir;

2. Üzüm - çəyirdəyindəki quersetin, qan istehsalına kömək edir və damarların sağlamlığını qoruyaraq cinsi orqanlara qan axınına müsbət təsir göstərir;

3. Reyhan - qədimdən dövrlərdən bəri Asiyada reyhandan cinsi istəyi və törəmə qabiliyyətini artırmaq məqsədilə istifadə olunub. Reyhan ətrinin kişiləri təhriketmə gücünə malik olduğu düşünüldüyü üçün qadınlar qurudulmuş reyhan toxumu ilə bədənlərini ovurmuşlar. Reyhan həm də qan dövranını sürətləndirən xüsusiyyətə malikdir;

4. Bal - tərkibindəki bor maddələri qadınlarda estrogen, kişilərdə isə testosteron hormonunu tənzimlədiyi üçün cinsi istəyi artırır;

5. Badam - karbohidrat, kalsium, doymamış yağ, fosfor, lif, sink, dəmir, maqnezium, kalium, A, B, C, E vitamin tərkibli olan badam bir çox digər faydaları ilə yanaşı, cinsi zəifliyi də aradan qaldırır;

6. Avokado - tərkibində yüksək miqdarda kalium, B, E, K vitamini var, qanda xolesterolun səviyyəsini aşağı salır, cinsi orqanlarda qan dövranını asanlaşdırır;

7. Şokolad - tərkibindəki feniletilamin və seroton "yaxşı hiss etdirən" təsirə malikdir. Bu kimyəvi maddələr insan bədənində təbii olaraq var və xoşbəxtlik hormonları kimi xarakterizə olunur. Həmçinin şokoladdakı anandamid adlı maddə beyində marixuanaya oxşar təsirə malikdir. Marixuana kimi "uçurtmaq" gücü olmasa da, feniletilamin və seroton xoşbəxtlik hissini artırmağa bəs edir;

8. Hil - ətriyyatlı ədviyyat olan hili hindistanlılar ta qədimlərdən güclü afrodizyak kimi kişi iqtidarsızlığının müalicəsində istifadə ediblər. Hil yüksək cineol (CH) tərkibi sayəsində qan dövranını artırır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz