Moruğun ŞƏFAVERİCİ GÜCÜ
Tarix: 30-06-2017, 23:00
Dadlı və ətirli moruğu əsl təbii dərman hesab etmək olar.
SİVİL.AZ bildirir ki, onun tərkibində insanı ağır xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyan bir çox nadir qiymətli maddələr var.
1. Moruq kaliumla zəngindir. Bu mineral ürəyin sağlamlığı və normal fəaliyyəti üçün olduqca vacibdir;
2. Moruq həmçinin C vitamini ilə də zəngindir. Bu vitamin damarların sağlamlığını qoruyur, onları möhkəm və elastik edir, damarlarda trombların əmələ gəlmə riskini azaldır;
3. Qanalığından əziyyət çəkən insanlar mütləq moruq yeməlidir. Bu giləmeyvənin tərkibində qan üçün çox faydalı olan mis, dəmir, fol turşusu kimi maddələr var;
4. Antosian maddələri ilə zəngin olan moruq görmənin qorunması üçün olduqca faydalıdır;
5. Moruq bioflavonoid maddələri ilə (antosian, kversetin, katexin və s.) zəngindir. Bir çox digər müalicəvi xüsusiyyətlərlə ynaşı bu maddələr o cümlədən güclü xərçəngəleyhinə təsirə malikdir;
6. Moruq təbii antiseptik və antibiotikdir;
7. Tərkibində salisil turşusu olan moruq (salisil turşusu aspirinin tərkibində daxildir) yüksək hərarəti salır və ağrıları (əzələ, baş ağrıları, o cümlədən miqren ağrıları və s.) azaldır;
8. Moruq qanda xolesterolun səviyyəsini aşağı salır və bunula da damarların əsas düşməni olan aterosklerozun inkişafından qoruyur;
9. Moruq mübadilə proseslərini və lipolizi (piylərin parçalanması prosesi) sürətləndirir və bununla da arıqlamağa kömək edir. (saglamolun.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər