Bürclər - 3 İYUL
Tarix: 3-07-2017, 00:08
SİVİL.AZ 3 iyul tarixi üçün ulduz falını təqdim edir:
Qoç - sizə kömək üçün müraciət edən adama etiraz edəcək, bununla da özünüzü günahkar sayacaqsınız. Günün ikinci yarısında qəfil xəbər alacaqsınız.
Buğa - bu gün özünüzdən xeyli razı qalacaqsınız. Rahatlıqla liderlik edə, ətrafınızdakılara göstəriş verə və onların tezliklə yerinə yetirilməsini tələb edə biləcəksiniz. Bir sözlə, sizlə yola getmək hamıya çətin olacaq.
Əkizlər - insanları inadınızla incitməyin. Aktiv istirahət edin. Amma romantik görüşlərdən çəkinin, çünki bu gün bir az dalğınsınız, insanları tanıya bilmirsiniz.
Xərçəng - bu günün ritminə uyğunlaşa bilmirsiniz. Hadisələr elə sürətlə bir-birini əvəz edir ki, çaş-baş qalırsınız. Üstəlik, xoşlamadığınız insanlar mərifətsizcəsinə şəxsi işlərinizə burun soxurlar. Yaşlı qohumlarınızla mubahisə edə bilərsiniz.
Şir - fikir ayrılıqları, anlaşılmazlıqlar olacaq. Əsas narazılıq sizin pul xərcləməyiniz, daha doğrusu, pulu düzgün xərcləyə bilməməyiniz olacaq. Gəzintiyə çıxın, bu, fikirlərinizi qaydaya salmağa kömək edər.
Qız - çox uğurlu gündür. Günün birinci yarısı yaxşı alış-veriş edə bilərsiniz. Başqalarının rəğbətini qazanmaq qabiliyyətiniz karınıza gələcək, özünüzə faydalı tərəfdaşlar tapacaqsınız.
Tərəzi - enerjiniz çoxdur. Yorulmaq bilmirsiniz. Yeməyinizə diqqət edin, allergiya riskiniz yüksəkdir. Axşamı doğmalarınıza həsr edin.
Əqrəb - yaman çox pul xərcləyirsiniz. Bahalı əşyalar itirə bilərsiniz. Maliyyə məsələlərini kökündən həll etməyə qalxmayın. Görüş barədə razılaşdığınız insanlar qəfildən planlarını dəyişə bilərlər. Qərarlarınız yaxınlarınızın xoşuna gəlmir, odur ki, xeyli mübahisə yaranır. Emosiyalara uymayın. Ağıllı olun.
Oxatan - köhnə adətlərinizi tərgidib yenilərini sınaqdan keçirməkdən çəkinməyin. Bu gün sizə parlaq təəssüratlar, zəngin təcrübə, həmçinin maraqlı imkanlar bəxş edəcək. İntuisiyanıza güvənin.
Oğlaq - müxtəlif sövdələşmələr aparmaq üçün uğurlu gündür. Əhvalınız həddən artıq dəyişkəndir, amma özünüzü vaxtında ələ ala biləcəksiniz. Emosiyalarınızı cilovlayın.
Dolça - soyyuqqanlı və səbrli olun. Cəsur eksperimentlərdən çəkinin. Sevdiyiniz şəxsin bu gün sizə ehtiyacı var. Onun xırda şıltaqlıqlarını yerinə yetirməyə çalışın.
Balıqlar - hər şeyi çatdırmaq olar, sadəcə, ardıcıl iş görmək lazımdır. Köhnə işinizi bitirməmiş yenisinə başlamayın. Ciddi olun. Bu, nəinki işinizin irəliləməsinə, həmçinin nüfuzunuzun artmasına xidmət edəcək
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər