Ərinin xəyanət mesajını görən qadın dözmədi: təyyarədə təhlükəli anlar - VİDEO

Xəbərin çap versiyası
Tarix: 3-07-2017, 17:51
Ərinin xəyanət mesajını görən qadın dözmədi: təyyarədə təhlükəli anlar -


Bu səhər Atatürk Hava limanından qalxan İstanbul-Bodrum təyyarəsində ər-arvad davası olaraq başlayan hadisə dəhşətli anlara səhnə olub.

SİVİL.AZ Milli.Az-a istinadən xəbər verir ki, özbəkistanlı olduqları məlum olan ər-arvad arasındakı dava "mesaj" davası imiş.

İddiaya görə, təyyarə qalxdıqdan bir neçə dəqiqə sonra həyat yoldaşının telefonunda yad bir qadından mesaj görən qadın 7 və 10 yaşlı iki uşağının gözləri qarşısında ərinə əvvəlcə qışqırmağa, sonra isə onu vurmağa başlayıb. Səlahiyyətlilərin sakitləşdirməyə çalışdığı qadın vurmağa davam edincə, ərinin yeri dəyişdirilib. Qadın da tualetə aparılıb.

Təyyarə enənə qədər qadın şok keçirmiş bir vəziyyətdə qışqırmağa davam edib. Dəhşət dolu uçuş təyyarənin hava limanına enib qadının polislər tərəfindən nəzarətə alınmasıyla sona çatıb.

Həmin gərgin anları təqdim edirik:




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz