Ürək haqqında 10 TƏƏCCÜBLÜ FAKT
Tarix: 4-07-2017, 08:40
SİVİL.AZ saglamolun.az-a istinadla ürək haqqında 10 təəccüblü faktı təqdim edir:
1. Statistikaya görə, ürək tutmaları və infarkt daha tez-tez bazar ertəsi saat 7.00-10.00 radələrində baş verir;
2. Ürək bir çoxları fikirləşdiyi kimi döş qəfəsinin sol tərəfində deyil, demək olar ki, ortasında yerləşir;
3. Ürəyin ölçüsü təxminən yumruq boydadır;
4. Qadınlarda kişilərlə müqayisədə nəbzin tezliyi daha çoxdur;
5. Gülüş ürəyin sağlamlığı üçün çox faydalıdır;
6. Araşdırmalar göstərir ki, hər gün açıq havada ən azı 30 dəqiqə gəzmək ürək xəstəliklərinin və infarktın riskini bir neçə dəfə azaldır;
7. Ürəyin əsas 3 düşməni - piylənmə, şəkər və stresdir;
8. Saçların erkən ağarması ürək xəstəliklərinə işarə edə bilər;
9. 1-ci qan qrupu olan insanlarda ürək-damar sistemi xəstəliklərinin riski digər qruplarla müqayisədə daha azdır;
10. Hər gün içdiyimiz adi qara çay ürək üçün ən faydalı içkilərdən biri sayılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər