Havanın dəyişəcəyi barədə XƏBƏRDARLIQ

Xəbərin çap versiyası
Tarix: 4-07-2017, 14:29
Havanın dəyişəcəyi barədə


İyulun 5-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

SİVİL.AZ bildirir ki, mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 21-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

İyulun 5-i günün ikinci yarısından 08-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 5-i günün ikinci yarısından 8-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 17-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

İyulun 5-i gündüzdən 8-i səhərədək bəzi rayonlarda şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 7-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8-də 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz