İdeal formada qalan çoxuşaqlı məşhur analar - SƏBƏB VƏ FOTOLAR
Tarix: 5-07-2017, 22:00
Trenajor zalında məşğul olmağa vaxt yoxdur? Onda çoxuşaqlı ulduz anaları nümunə götürün. Onlar nəinki uşaqlarına və işə, bədən quruluşunu qorumaq üçün özündə güc və enerji tapır.
SİVİL.AZ bu yazıda oxucuları 3 və daha çox uşaq anası olmasına baxmyaraq ideal formada qalan məşhurlarla tanış edir.
Məşhur anaların səhv etməyə haqqı yoxdur: Onlar qırmızı xalça üzərinə çıxır, yeni albom yazdırır, kinoda çəkilir və artıq doğuşdan bir ay sonra podiuma çıxırlar. Uşaq tərbiyəsi böyük məsuliyyətdir, lakin onlar bunun öhdəsindən yaxşı gəlir. Gərgin qrafikə baxmayaraq analar özlərinə də ayırmağa vaxt tapır.
Məsələn dünya şöhrətli modelyer və 4 uşaq anası Viktoriya Bekhem üçün hər uşağa yetərincə diqqət göstərməyi vacib hesab edir: “Mən tez yata heç bilmirəm, çünki Bruklinlə söhbət etmək üçün onu gözləyirəm, səhərlər isə Harperə kömək etmək üçün saat 6-da qalxıram”.
Viktoriya Bekhem
Rusiyalı ifaçı Ciqanın xanımı Oksana Samoylova miss Bekhemin fikrini təsdiq edir: "3 uşaq anasının həyatı ancaq şəkillərdə asan görünə bilər. Reallıqda isə əlbəttə ki, onlarla başa çıxmaq çətindir. 3 uşağımdan birinə daha diqqət göstərdiyim üçün hər gün özümü pis ana hiss edirəm”.
Oksana Samoylova
44 yaşlı model Haydi Klum etiraf edir ki, 4 uşağı tərbiyə etmək, eyni zamanda idmanla məşğul olmaq çətindir:
“Ona görə də biz ailə tədbirlərini təmiz havada keçirməyə çalışırıq. Biz itləri gəzintiyə çıxarır, velosiped sürür çoxlu atılıb-düşürük. Bu, formada qalmaq və sağlamlığını saxlamaq üçün ən yaxşı üsuldur".
Haydi Klum
ABŞ prezidentinin qızı İvanka Tramp, rusiyalı modellər Nataliya Vodyanova, İnna Jirkova, Lena Perminova, müğənnilərdən Anna Sedakova, Kristina Orbakayte və Valeriya da 3 uşaq anasıdır.
Nataliya Vodyanova
Lena Perminova
İvanka Tramp
Kristina Orbakayte
Valeriya
Qven Stefan
Anna Sedakova
İnna Jirkova
Həmçinin aktrisa Ancelina Coli də çoxuşaqlı anadır. Onlardan üçü doğmadır, digər üçünü isə kino ulduzu övladlığa götürüb.
(Publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər