Yaşlı insanların intim münasibəti ilə bağlı İNANILMAZ FAKTLAR

Xəbərin çap versiyası
Tarix: 9-07-2017, 11:00
Yaşlı insanların intim münasibəti ilə bağlı


Müntəzəm cinsi fəallıq qocalıqda yüksək əqli qabiliyyətə gətirib çıxarır. Bu qənaətə, ahıllarda koqnitiv dəyişikliklərin tədqiqilə məşğul olan alimlər gəliblər.

SİVİL.AZ-ın xəbərinə görə alimlər çoxdan anlamaq istəyirlər ki, qocalma zamanı koqnitiv funksiyaların pisləşməsini necə ləngitmək olar? Hesab olunur ki, zehni, fiziki və sosial fəaliyyət beyinin işinə müsbət təsir edir, habelə iltihabın səviyyəsini azaldır və ürək-damar xəstəliklərinin riskini minimuma endirir. Onlar hesab edir ki, müntəzəm sekslə məşğul olmaq da, həmçinin, beyinin funksionallığına təsir edə bilən daha bir faktor hesab olunmalıdır.

“Journals of Gerontology” dərgisində Koventri və Oksford universitetləri alimlərinin dərc etdiyi məqaləni diqqətinizə çatdırırıq.

Britaniyada aparılan tədqiqatda 28 kişi və 45 qadın olmaqla, 50 yaşından 83 yaşınadək olan 73 nəfər iştirak edib. İlk olaraq onlardan sorğu kimi sağlamlığın ümumi vəziyyəti, həyat tərzi və ən əsası son 12 ayda cinsi fəallıqları haqda soruşublar. Bununla yanaşı, iştirakçılar üçün müxtəlif beyin testləri keçirilib: diqqət, yaddaş, düşüncə sərbəstliyi, nitq və s.

Belə ki, nitqin sərbəstliyi tapşırıqlarında 60 saniyə ərzində ən çox heyvan adı sadalamaq və “F” hərfi ilə başlayan mümkün qədər çox söz tapmaq lazım idi. Yoxlanılanlar həmçinin, mürəkkəb qrafik bəzəklər də çəkməli idilər və bu testlərdə məqsəd beyinin vizual-məkan qavramını qiymətləndirmək idi.

Sınağa əsasən yoxlanılan şəxslərdən 37 nəfərində seks həftəlik, 26-sında isə aylıq idi və 10 nəfərin cinsi fəallığı yox idi. Testlər göstərib ki, tez-tez seksual fəallığı ilə seçilənlərdə nitqin sərbəstliyi daha qabarıqdır. Bundan başqa, intim həyatı ən fəal olanlar vizual-məkan vəzifələrinin öhdəsindən daha yaxşı gələ biliblər. Testlər diqqət və yaddaşın funksiyasındakı fərqi isə aşkar etməyib.

2016-cı ildə başlamış bu araşdırma göstərir ki, intim həyatı fəal olan yaşlılar koqnitiv testlərdə daha çox bal toplayır, nəinki qeyri-fəallar. (Publika.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz