80 yaşlı nənə məhəbbəti üçün evdən qaçdı - İNANILMAZ SEVGİ HEKAYƏSİ

Xəbərin çap versiyası
Tarix: 11-07-2017, 21:25
80 yaşlı nənə məhəbbəti üçün evdən qaçdı -


80 yaşlı nənə sevdiyi üçün evdən qaçdı. İnanılmaz eşq hekayəsi baxın, necə başlayıb.

SİVİL.AZ bildirir ki, Konyanın Seydişəhər rayonunda təqaüd alarkən, növbədə tanış olduğu adama aşiq olan 80 yaşlı qadın evdən qaçaraq sevdiyi adamın evinə yerləşib. Vəziyyəti öyrənən oğlu isəinfarkt keçirib.

Seydişəhər rayonu Qovaq kəndində yaşayan 80 yaşında 3 uşaq anası Külsüm Arslan ölən ərinin qalan təqaüdünü almaq üçün getdiyi bankda Kazım Yıldız ilə tanış olur. Bir müddət görüşməyə davam edən cütlüyün əlaqəsi sonradan eşqə çevrilir. "Xəstəxanaya gedirəm" deyə, evdən ayrılan Külsüm Arslan axşam qayıtmayınca, ailəsi onu axtarmağa başlayır.

Nəvəsi Mahmud Arslan xəstəxanaya gedərək nənəsinin fotoşəkilini göstərib bura gəlib gəlmədiyini soruşur. Külsüm Arslanın xəstəxanada olmadığını öyrənən ailə polisə üz tutur.

"Nənəm təzyiq xəstəsi və qocadır. Bəlkə, bir yerdə yıxılıb, qalıb deyə narahat idik. Bu arada 2 ay əvvəl Akça qəsəbəsindən Kazım Ulduzun nənəmi istədiyini öyrəndim. Bu barədə polisə xəbər verdik. Polislə Akça qəsəbəsində yaşayan Kazım Ulduzun evinə getdik və nənəmin orada olduğunu gördük. Nənəm öz razılığı ilə Kazım Ulduzun evinə gəldiyini və onunla evlənmək istədiyini söylədi. Vəziyyəti əmim və bibimə bildirdim. Marmarisdə yaşayan əmim Əhməd Arslan anasının ərə qaçdığını eşidəndə infarkt keçirdi", - deyə qarının nəvəsi Mahmud Arslan bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz