Bədənin şişkiliyini aradan qaldıran 5 QİDA
Tarix: 12-07-2017, 19:00
Yay aylarında şişkinliyin artması bədənin ağırlaşmasına səbəb olduğu üçün bir çox insanı narahat edir.
SİVİL.AZ bildirir ki, mütəxəssislər şişkinliyin yaranmasına həddən artıq duz və şəkərin böyük rolunun olduğunu söyləyərək, şişkinliyi aradan qaldıran qidaları sadalayıblar.
Ərik
Kaliumla zəngin qidalar, bədən mayelərində sodium-kalium tarazlığının təmin edilməsinə kömək edərək, şişkinliyə qarşı effektiv meyvədir. Gündə orta hesabla 3-4 ədəd ərik yemək bədəndəki şişin çəkilməsini asanlaşdırır.
Ananas
Ananas tərkibindəki bromelain maddəsi isə sellülitin yaranmasına səbəb olan proteinlərin parçalanmasına effektiv təsir edir və orqanizmdən suyun xaric edilməsini artırır. Tərkibindəki yüksək lif ilə bağırsaqların nizamlı işləməsinə və orqanizmdən suyun atılmasına kömək edir. Şişkinliyin yarandığını hiss etdiyinizdə 1 halqa ananas yeməkdə fayda var.
Xiyar
Xiyarın tərkibində beta karoten və C vitamini kimi antioksidantlar var və xiyarın 96%-i sudan ibarətdir.
Xüsusilə də isti havalarda istehlak edilməsi tövsiyyə edilən xiyar, orqanizmin itirdiyi suyu yerinə bərpa edərək şişin çəkilməsinə kömək edir.
Qaragilə
A, B, C vitaminləri ilə bol miqdarda lif ehtiva edən qaragilə, həzm sisteminin nizamlı işləməsinə kömək edir. Bununla qəbizliyin qarşısını almağa kömək edir. Həzm sistemini sürətləndirməsi də şişin çəkilməsinə faydalıdır.
Cəfəri
Çiy istehlak edildikdə qida dəyəri yüksək olan cəfəri, tərkibindəki bol miqrdarda lif və C vitamini ilə şişkinliyin çəkilməsində təsirlidir. Şişkinliyin yarandığı vaxt çiy və ya qaynadıb suyunu içdikdə şişin qısa bir müddətdə çəkildiyini görəcəksiniz. Ancaq cəfərinin həddindən artıq istehlak edilməsi də, orqanizmdəki suyun azalmasına, bədənin təzyiqinin aşağı düşməsinə səbəb ola bilər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər