Sirli X sindromu – heç vaxt böyüməyən körpə xəstəliyi - VİDEO

Xəbərin çap versiyası
Tarix: 16-07-2017, 00:20
Sirli X sindromu – heç vaxt böyüməyən körpə xəstəliyi -


1993-cü ildə Bruk Qrinberq dünyaya gələndə valideynləri çox sevinmişdilər. Qız dünyaya sağlam gəlmişdi, həkimlər körpənin 2 kilo çəkiyə malik olmasına baxmayaraq onun tamamilə sağlam olduğunu demişdilər.

SİVİL.AZ xarici KİV-lərə istinadla bildirir ki, zaman keçsə də, saşları dırnaqları uzanan körpənin özü böyümək bilmirdi. 4 yaşına çatanda isə o tamamilə inkişafdan dayandı. Həkimlər və elm bu sirli xəstəliyin qarşısında aciz qalmışdılar və buna X sindromu adı verdilər. Həyatının ilk 6 ilində Bruk çox xəstələnirdi. O, 2 yaşlı uşaq görkəmində və ağlında idi. 6 yaşdan sonra onun bədəni immuniitet qazandı və qızcığaz artıq daha az xəstələnirdi. Buna baxmyaraq yenə də 2 yaşlı uşaq kimi qalmış və özünə qulluq edə bilmidi.

2013-cü ildə Bruk 20 yaşında olsa belə yenə özündən kiçik bacılarının qucağında gəzir, onların qayğısına möhtac qalırdı Ailə onu sevirdi, qayğısını çəkməkdən bezmirid. Lakin Bruk balaca uşaqlara məxsus ağciyəq soyuqlaması xəstəliyindən dünyasını dəyişdi. Elm isə hələ də X sindromunun sirrini aça bilmir. Kim bilir bəlkə də bu xəstəliyin sirri açılsa əbədi gəncliyin də sirri açılmış ola bilərdi.

İlhamə




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz