Gecələr yata bilmirsinizsə, bu qidaları yeyin - SİYAHI
Tarix: 16-07-2017, 01:00
Yuxunuz gəlir, ancaq yata bilmirsinizsə, bu, bədəndə maqnezium çatışmazlığı ilə bağlı ola bilər.
SİVİL.AZ maqneziumla zəngin qidaların siyahısını təqdim edir. Bu qidaları mütəmadi qəbul etsəniz, həm sağlamlığınıza müsbət təsir göstərər, həm də yuxusuzluq probleminiz aradan qalxar.
İspanaq: Bu bitkinin 100 qramının tərkibində 79 milliqram maqnezium var. Buna görə də yeməklərinizdə mümkün olduğu qədər çox istifadə etməlisiniz. Çiy halda tərkibində maqnezium daha çox olur. Xüsusilə hamilə və süd verən qadınlar üçün çox faydalı qida sayılır.
Boranı tumu: Boranı tumu maqneziumun ləzzətli və faydalı bir qaynağıdır. 1 su stəkanı boranı tumu gündəlik maqnezium ehtiyacının 50 faizini qarşılayır.
Şokolad: Hər kəs şokoladı sevir. Amma bir çoxları pəhrizini pozmamaq üçün şokolad yeməkdən əl çəkir. Xüsusilə qadınlarda mensturasiya zamanı şokolad yemə istəyi ikiqat artır. Bilməlisiniz ki, kakao səviyyəsi 60 faizdən yüksək olan şokolad yesəniz, daha az kalori ala bilərsiniz.
Avokado: Avokado faydalı yağlarla zəngin azsaylı mükəmməl qidalardan biridir. 100 qram avokadonun tərkibində 29 milliqram maqnezium var.
Qəhvəyi düyü: Bütün taxıllar maqneziumla zəngindir. Ancaq az miqdarda taxıl növü var ki, qəhvəyi düyü qədər faydalıdır. Onun hər 100 qramının tərkibində 43 milliqram maqnezium var. (lent.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər