15 günə təzyiqi salan 5 QİDA
Tarix: 18-07-2017, 20:30
SİVİL.AZ yarım aya təzyiqi salan 5 qidanı təqdim edir:
1. Çuğundur
Çuğundurda olan nitratlar və nitritlər maddələr mübadiləsi sistemi və xüsusilə də qan təzyiqinin tənzimlənməsi üçün əsas birləşmələrdir.
Nitrat oksid, arterial genişlənməyi artırır. Bu səbəblə, nitrat baxımından zəngin qidalar, ürək-damar sağlamlığını dəstəkləmək üçün olduqca təsirlidir.
2. Sarımsaq
Doğranmış və ya çeynənmiş sarımsaq, qədimdən bəri həm yaraları sağaltmaq, həm də qan təzyiqini salmaq üçün istifadə olunur.
3. Omega 3 yağ turşuları
Balıq yağı, amerikan armudu və təbii zeytun yağı omega 3 yağ turşuları baxımından zəngin qidalardır.
Bu cür "sağlam" yağlar, ürək sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.
4. Banan
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir ədəd bananda inanılmaz miqdarda kalium olur. Bildiyiniz kimi, kalium, yaxşı böyrək sağlamlığı üçün həyati əhəmiyyətə malikdir.
Sodium, iltihabı artırarkən, kalium qan dövranını tənzimləyir.
5. Qatıq
Qatıq, bir çox insanı təəccübləndirəcək şəkildə, hipertoniya müalicəsi üçün ideal olan iki qidanı ehtiva edir: kalsium və probiyotiklər.
Kalsium çatışmazlığı qan təzyiqini müvəqqəti olaraq yüksəldə bilər. Qatıq istehlakı ilə bunu aradan qaldıra bilərsiniz. (milli.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər