Beyin fəaliyyətini yaxşılaşdıran 4 maddə
Tarix: 9-08-2017, 02:44
Müasir dövrdə gənclər də tez-tez diqqət və yaddaşın pozulmasından, beyin fəaliyyətinin pisləşməsindən şikayətlənirlər.
SİVİL.AZ xəbər verir ki, alimlər təbiətdə beyinin fəaliyyətini həqiqi stimullaşdıran 4 maddənin mövcud olduğu fikrini irəli sürürlər. Bu maddələrin heç bir əks təsiri yoxdur. Həmin maddələr davamlı olaraq istehlakı, beyinin fəaliyyətini yaxşılaşdıra, beyinin qocalmasını ləngidə bilər.
Sözügedən maddələr arasında aşağıdakılar yer alır:
1. Çayın tərkibində olan teanin - Bu maddə yaşıl çayda xüsusilə çoxdur. Araşdırmalar göstərib ki, bu maddə diqqəti yaxşılaşdırır.
2. Qəhvənin tərkibində olan kofein - Bu maddə beyinin fəaliyyətini yaxşılaşdırır və iş qabiliyyətini artırır.
3. Çəhrayi rodiola bitkisinin tərkibində olan salidrozid, rozavin və rozarin maddələri mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir göstərir.
4. Sarıkökün tərkibində olan kurkumin maddəsi orqanizmə depressiya əleyhinə təsir edir, beyinin qocalmasını ləngidir. (Axar.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər