Avtomobillə səyahət edənlərə 10 MƏSLƏHƏT
Tarix: 11-08-2017, 00:40
Yayın son ayını da başa vurmadan avtomobilinizə əyləşib tətilin dadını çıxaramaq üçün tələsin. Lakin yolda əziyyət çəkməmək üçün bu məsləhətlərə diqqət edin.
SİVİL.AZ sizə tətilə çıxmadan öncə diqqət etməniz vacib olan 10 məsləhət verəcək:
1. Təkərlər balqabağın şəklini alıb, hər an partlayacak kimidirmi?
Tətilə çıxarkən götürməli olduğunuzən önəmli şeylərin başında təkərlər gəlir. Təkərlərin havası, yeyilib yeyilməməsi, nə qədər yola davam gətirə bilməsi mütləq yoxlanmalıdır. Bundan başqa, əlavə təkəriniz mütləq olmalıdır.
2. Avtomobili idarə edərkən, rol hakimiyyəti ələ almağa çalışır?
Əgər avtomobili idarə edərkən çətinlik yaşayırsınzsa, döngələrdə öz-özünə manevr edirsə, təcili servis tapmalısınız.
3. Motorun yağı təzədir, ya dəyişdirilməsindən əsrlər keçibmi?
Uzun yola çıxmamışdan qabaq motorun yağını dəyişmək şərtdir.
4. Tormoz tez-tez çətinlik yaradır? Tormoza basdığın anda durmur?
Uzun yola çıxdığınız zaman əsas məqamlardan biri də tormozdur. Tormoz verdiyiniz vaxt avtomobildə bir narahtçılıq hiss etdiyinizdə və səs eşitdiyinizdə təcili təmirə aparın.
5. Faraların biri dünya, o biri axirətə baxırmı? Yandırmaq istəyəndə sönür, söndürəndə yanırmı?
Şəhərlərarası yollarda işıqlanma bəzən çox zəif olur. Ona görə də, faraların dəqiq işlədiyindən əmin olun.
6. Avtomobili çalışdırdığınız zaman, motordan futbol azarkeşlərinin səsi kimi uğultu gəlirmi?
Əgər belədirsə, motor gücə düşür deməkdir. Belə zamanlarda mədən yağı avtomobilin daha yaxşı işləməsinə kömək edir.
8. Siləcəklər düzgün işləyirmi?
Yay günü tətildə nə siləcəyinizi deyirsinizsə, qəfil bir yağış ya da şüşədə yaranan ləkə, görüntünü zəiflədəcək.
9. Avtomobilin təhlükəsizlik kəmərlərinin hamsı yerindədirmi?
Təhlükəsizlik kəməri, qəzadan sonra ölümləri 45 faiz, yaralanmanı isə 50 fazi azaldır. Siz siz olun, təhlükəsiziliyinizi təmin etmədən yola çıxmayın.
10. Bütün yol boyu sizi sıxıntıdan qurtaran musiqi seti düzgün işləyirmi?
Musiqi olmadan yola çıxmaq olmaz. Amma siz yenə də musiqiyə dalıb yoldan yayınmayın. ("Qaynarinfo")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər