Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Xəbərin çap versiyası
Tarix: 15-08-2017, 18:00
Azərbaycan əhalisinin sayı


Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40096 nəfər və ya 0,4 faiz artaraq 9850077 nəfərə çatıb.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər. Məlumata görə, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. (Report)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz