Yeməklə bağlı 8 VƏRDİŞ ÇƏKİMİZİ ARTIRIR

Xəbərin çap versiyası
Tarix: 19-08-2017, 13:00
Yeməklə bağlı


Heç bir insan eybsiz və nöqsansız deyildir. Heç kim iddia edə bilməz ki, gün ərzində düzgün qida rasionuna tam kamil əməl edir.

SİVİL.AZ bildirir ki, mühüm olanı odur ki, biz öz yanlış adətlərimizi tanımış olaq. Sonra da bu adətlərdən uzaq olmağa çalışaq. Bu adətlərin bir çoxunun pis aqibəti vardır. Əgər yanlış yemək adətləri ilə tanış olsaq, onları aradan qaldıra bilərik.

1. Yediyiniz yeməyə diqqət etmirik

İnsan yeməyini sakit bir şəraitdə yeməlidir və diqqəti də yediyi yeməkdə olmalıdır. Yemək yeyən zaman əlinizi işdən çəkin. Telefonla danışan zaman yemək yeməyin. Əgər yemək yeyən zaman televizora baxmağı sevirsinizsə, o zaman nə yediyinizə diqqət edə bilməyəksiniz. Belə olan halda normadan da artıq yemək yeməli olacaqsınız. Əlinizdə yediyiniz biskviti belə boşqaba qoyub, onu aramla yeyin. Oturub yesəniz və ondan ləzzət alsanız, sizin üçün daha faydalı olar.

2. Səhər yeməyini təxirə salmayın

O insanlar ki, işə gecikir, səhər yeməyini rahatlıqla təxirə salmağı bacarırlar. Halbuki, bir neçə dəqiqə tez durub səhər yeməyini yemək olardı. Ancaq onu bilmək lazımdır ki, insan səhər yeməyini təxirə salarsa, naharı çox yeyəcəkdir. Aparılan təqiqatlar göstərir ki, insan əgər ideal çəkidə olmaq istəyirsə, səhər yeməyini təxirə salmamalıdır.

3. Hövsələsiz olanda soyuducuya tərəf getmək

Soyuducunun sorağına getməzdən əvvəl özünüzə sual verin ki, həqiqətən acmısınız, yoxsa yox? İdman etmək və ya məqalə oxumaq bu boş vaxtı dəyərli keçirməyin əlverişli yollarındandır.

4. Başqalarının boşqabında olanı da yeyirsiniz

Analar çox vaxtı bu işi görürlər. Uşaqların boşqabda qalan yeməyini özləri yeyirlər. Onu bilin ki, bu yolla gün ərzində 100 kalori əlavə çəki alırsınız. Uşaqlara yedikləri qədər yemək çəkin.

5. Daha böyük boşqabdan istifadə edirsiniz

Məsələn, çips, dondurma və bunun kimi şeylər sifariş edən zaman ən böyüklərini sifariş edirsiniz. Onlar evdəki adi boşqablardan ölçü etibari ilə böyük olurlar. Onu bilin ki, qarşısınıza hər nə qədər çox yemək qoyulsa, siz də onu yeməyə çalışacaqsınız. Ona görə də ehtiyacınız olan qədər sifariş edin.

6. Şam yemirsiniz və ya ancaq salatla kifayətlənirsiniz

Həmişə enerjili olmaq üçün gündə yediyiniz üç vədə yeməkdən imtina etməyin. Əgər naharı yaxşı yeməsəniz, şamı çox yeyəcəksiniz. Əgər salat sevirsinizsə, elə salatlar yeyin ki, proteini çox olsun. Çünki protein insana uzunmüddətli toxluq hissini verir.

7. Özünüzü sevdiyiniz yeməklərdən məhrum edirsiniz

Əgər sağlam olmaq istəyirsinizsə, mötədil olun. Əgər şokoladı və ya çipsi sevirsinizsə, nə özünüzü ondan məhrum edin və nə də hər gün elə şeylər yeyin. Yaxşı olar ki, bəzi vaxtlar bu cür şeylərdən yeyəsiniz, amma davamlı olaraq yox. Şokolad yeyən zaman qara şokolada daha çox yer verin. Əgər bir gün desertdə pendirli keyk yeyirsinizsə, sabahısı gün meyvəli yeyin. Çalışın ki, seçiminiz müxtəlif olsun.

8. Duzu yeməklərinizin üzərinə boşaldırsınız

Bunu bilmək lazımdır ki, duzu həddən artıq çox istifadə etmək qan təzyiqini yuxarı qaldırır. Ürək və beyin infaktlarına gətirib çıxardır. Duzu ətirli ədəvalarla əvəz etməyə çalışın. (deyerler.org)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz