İnsanın arıqlamasına yardım edən QİDALAR

Xəbərin çap versiyası
Tarix: 18-08-2017, 12:00
İnsanın arıqlamasına yardım edən


Arıqlamaq istəyən insanlar üçün, mütəxəssislər mətbəxdə əskik olunmaması lazım olan qidaların sıralamasını göstərdi. Yağ yandıran və uzun zaman tox tutan qidaların adı açıqlandı.

SİVİL.AZ bu barədə məlumatı təqdim edir.

Qırmızı bibər

Acı sevənlər sevməyənlərə görə daha şanslı. Çünki qırmızı bibərin içindəki "capsaicin" maddəsi maddələr mübadiləsini sürətləndirir, bədən istiliyini yüksəldərək enerji xərcləməyə səbəb olur. Əgər mədədə bir problem yoxsa, yeməklərə mümkün olduğu qədər qırmızı bibər əlavə olunmalıdır.

C vitamini: "əvvəlcə kivi"

C vitamininin yağ dağıtma maddələr mübadiləsini sürətləndirdiyi elmi araşdırmalarla sübut edildi. Bir çox heyvan və bitki öz C vitaminlərini sintezləyərkən insanlar bu vitamini çöldən almaq məcburiyyətindədirlər. Bir ovuc pul verilərək əczaxanalardan qida dəstəyi dərmanları alınmasına ehtiyac yoxdur. C vitamini qidalardan alınmalıdır. Kivi C vitamin baxımından ən zəngin qidadır. 100 qram Kividə 400 milliqrama qədər C vitamin var. Kivi, sitrus bitkiləridən 4-6 qat, almadan isə 40-50 qat daha çox C vitamini ehtiva edir. Yetkin bir insanın gündəlik C vitamini ehtiyacı 60 milliqram olduğu düşünüldüyündə, bir ədəd kivi bu ehtiyacı rahatlıqla qarşılayır.

Yağsız qatıq

Gündə üç dəfə yağsız qatıq qəbul edənin orqanizmində sürətli bir şəkildə yağ yanmasının köməkçi olmasını görə bilərik. Tərkibindəki yüksək kalsium və protein sayəsində xüsusilə bel ətrafı və göbək yağlarının əriməsinə tez istehlak edənlər üçün ciddi üstünlüklər təmin edir. Qatıq yeməyənlərin xüsusilə bel bölgələri daha asan yağlanır. Ayrıca qatığın tərkibindəki yüksək kalsium və protein kiloların sağlam bir şəkildə verilməsini təmin edir.

Su

Həyatın qaynağı olan su, oksigendən sonra ən əhəmiyyətli ehtiyacımızdır. İnsan yemək yemədən həftələrcə yaşaya bilər, lakin susuz ancaq bir neçə gün yaşaya bilər. Bədənin yüzdə 65% -i, qanın yüzdə 92%i, sümüklərin yüzdə 22%-i, beynin və əzələlərin yüzdə 75%-i sudan ibarətdir. Hüceyrələrin həyatı fəaliyyətləri, bədən funksiyalarının yerinə yetirilməsi bədənin su tarazlığının qorunması sayəsində mümkündür. Dövranı sürətləndirən su, yağ əriməsinin də asanlaşdırır. Buna görə, arıqlama müddətində gündə ən az 2,5 litr su içməyi unutmayın. (deyerler.org)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz