Bakıda qeyri-adi mağaza: Burada kitablar 20 qəpiyə satılır VİDEO

Xəbərin çap versiyası
Tarix: 18-08-2017, 10:00
Bakıda qeyri-adi mağaza: Burada kitablar 20 qəpiyə satılır


Biznes universitetinin məzunu olan Ziya Balıyev açdığı kitab mağazası ilə hər kəsi təəccübləndirib. Çünki bu mağazada kitablar cəmi 20 qəpiklə 1 manat arasındakı qiymətlə satılır.

SİVİL.AZ-ın Xəzər TV-yə istinadən məlumatına görə, söhbət Nizami metrosunun yaxınlığında Zərgərpalan küçəsi 137 ünvanındakı bu maraqlı kitab mağazasından gedir.

Biznes universitetinin məzunu olan Ziya Balıyev kitabların ucuz qiymətə satılmasının alıcılar tərəfindən maraqla qarşılandığını deyir. Ziya Balıyev insanların kitablara olan sevgisini artırmaq üçün belə təşəbbüslərin sayının artmasını istəyir.

Onun fikrincə belə ucuz qiymətə olan kitab mağazaları bölgələrdə də yaradılmalıdır ki, insanların oxumağa maraqları artsın.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz