Borc pulla qurban kəsmək olarmı?

Xəbərin çap versiyası
Tarix: 25-08-2017, 07:30
Borc pulla qurban kəsmək olarmı?


Bayram yaxınlaşdıqca qurbanlıq heyvanların alınması ilə bağlı bir sıra məsələlər meydana çıxır. Qurbanlıq heyvan hansı pulla alınmalıdır və əməl olunması vacib olan qaydalar hansılardır?

SİVİL.AZ xezerxeber.az-a istinadla bildirir ki, ilahiyyatçı Mirhəmid Məmmədov deyir ki, qurbanlıq alınarkən ən vacib şərt ona verilən pulun halal qazanc olmasıdır. Borca pul götürüb, qurbanlıq heyvan almağın da öz şərtləri var.

Bəzi insanlar isə qurbanlıq heyvan almaq ucun hansısa məqsədlə banklardan götürdükləri kredit pulundan müəyyən məbləğ ayırır və yaxud da bu məqsədlə kredit kartlarından pul çəkirlər.

Mirhəmid Məmmədov deyir ki, əgər bu kreditlər faizlidirsə, yəni bir şəxs gələcəkdə götürdüyü puldan artığını ödəməli olacaqsa, bu, haram sayılır və belə pulla qurbanlıq heyvan almaq olmaz. Həmçinin tək heyvan almağa imkanı olmayanlar, 7 nəfərlə pulu bir yerə qoyaraq qurbanlıq heyvan ala bilərlər. Bu halda alınan heyvan mütləq iribuynuzlu olmalıdır.

İstənilən halda əgər imkan varsa bayramda qurban kəsilməsi və ətin kasıblara təmənnasız paylanılması yaxşı haldır. Lakin bunu hər bir müsəlman İslam dininin buyurduğu şərtlərə uyğun yerinə yetirməlidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz