Payızda dəbdə olacaq ən populyar 7 RƏNG
Tarix: 4-09-2017, 22:30
Dəbdə olan kəsim və saç rəngi hər bir qız üçün aktual obrazın ən mühüm tərkib hissələrindən biridir. Necə deyərlər düzgün seçilmiş saç düzümü və uğurlu rəngləmə sizi əsl gözəllik ilahəsinə çevirir, uğursuz saç rəngi isə hətta ən cəlbedici və təsirli görünüşü pozaraq sahibini rəzil edir. O da məlumdur ki, artıq geyim və aksessuar dəbi ilə birgə saç rəngləri də hər mövsüm dəyişikliyə məruz qalır.
SİVİL.AZ oxucuları payızın aktual saç tonları ilə tanış edir.
Payız-qış aylarında hər bir qız özünə münasib rəng və ya saç kəsimi tapa biləcək. Lakin dəbdə olan variantların rənglənməsi bir mühüm xüsusiyyəti ilə səciyyələnir: Yeni dəbli texnika sizin incəlik və təbiiliyiniizi nəzərə çarpdırmaq məqsədi daşıyır. Əlbəttə ki, yeni mövsümün saç trendlərinə qeyri-standart yanaşmalar da var, lakin parlaq və təbiətdə rast gəlinməyən süni çalarlarla çox ehtiyatlı olmaq lazımdır.
Zil qara
Zil qara saçların populyarlığı payızda da davam edəcək. Qara saçlar hər kəsə yaraşmasa da, aralarına atılan şabalıdı kölgələr həm bu rəngi yumşaldacaq, həm də görünüşünüzü dəyişəcək.
Bronde
Bronde nə qəhvəyi, nə də sarıdır. İki rəngin arasında qalan bu çalar yeni mövsümün hiti olacaq. Dəri tonuna görə saçınıza müxtəlif çalarlı qızılı kölgələr əlavə edə bilərsiniz.
Ağ platin
Buzlar kraliçasının saçları növbəti mövsüm də aktual olacaq. Son vaxtların populyar saç rəngi payız mövsümünün ən diqqətçəkən cəsur tonlarıdır.
Parıltılı bej
Saçların daha cəlbedici görünməsi üçün parıltılı bej rənglərdən ilham alın. Bu rəng saçın soyuq alt tonları ilə uyğunlaşaraq yayın günəşli günlərini xatırladacaq.
Mis
Bir az sarımtıl, bir az da qırmızımtıl olan mis də payızın dəbdə olan saç rənglərinə daxildir. Payızın tökülən yarpaqlarını yada salan mis yayda qaralmış bürünc dəri ilə harmoniya yaradacaq.
Darçın və ya şabalıdı
Qara rəng gözünüzü qorxudursa, darçın və şabalıdı çalarları sınaqdan keçirin. Yüngül qızılı rənglər əlavə edilmiş saç üz ifadəsinə canlılıq bəxş edəcək.
Karamel balyaj
Açıq rəngli kölgələr də yeni fəslin trendi olmağa namizəddir. Odur ki, sizi daha seksual göstərəcək təbii və isti karamel tonlarına biganə qalmayın. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər