Koreyada dünya İKT forumu KEÇİRİLƏCƏK
Tarix: 5-09-2017, 12:00
Sentyabrın 25-dən 28-dək Koreya Respublikasının Busan şəhərində “ITU Telecom World-2017” – Dünya İKT forumu keçiriləcək.
“ITU Telecom World” qlobal İKT cəmiyyəti üçün mühüm hadisə və unikal tədbirdir. Burada dünyanın informasiya-kommunikasiya texnologiyalarının gələcəyi müzakirə olunur. BMT-nin İKT məsələləri üzrə ixtisaslaşdırılmış müəssisəsi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil edilən bu forum müxtəlif ölkələrin dövlət və özəl sektorlarının nümayəndələrini bir araya toplayır.
SİVİL.AZ xəbər verir ki, “ITU Telecom”un proqramına “ağıllı” şəhərlər, 5G, əşyaların interneti, süni intellekt və digər sahələrə aid ən yeni texnologiyaların təqdim olunacağı sərgi də daxildir. Tədbirin əsas hissəsi olan forumda isə rəqəmsal iqtisadiyyatın sonrakı inkişafına səbəb olan texnologiyalar, siyasət və strategiyalarla bağlı müzakirələr aparılacaq.
Forum çərçivəsində “ITU Telecom”un mükafatlarının təqdimatı olacaq. Bu mükafatlar İKT-də innovasiyaların və mühüm nailiyyətlərin tanınmasını bildirən simvol kimi təqdim olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər