Siqareti tərgitməyə kömək edən qidalar - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 7-09-2017, 08:00
Siqareti tərgitməyə kömək edən qidalar -


Mütəxəssislər siqareti tərgitmə müddətində düzgün qidalanmanın əhəmiyyətli rol oynadığını deyirlər. Təbiətdə olan bir çox qida həm siqareti tərgitməyə, həm də sonrakı müddətdə çəkini nəzarət altında saxlamağa kömək olur.

SİVİL.AZ siqareti tərgitməyə kömək edən qidaların siyahısını təqdim edir.

Zəncəfil ağciyərləri təmizləyir

Siqaret çəkən bir çox insan bu vərdişdən xilas olmaqda çətinlik çəkməklə yanaşı, sonradan kökəlmək qorxusundan siqareti tərgidə bilmədiyini etiraf edir. Ancaq bəzi təbii qidalar həm siqareti tərgitməyə kömək olar, həm də çəkinin artmasına imkan verməz. Bu mövzuda ilk köməyinizə çatan qida zəncəfildir. Zəncəfil ağciyərlərin təmizlənməsi üçün olduqca təsirlidir. Zəncəfili çaya və ya yeməklərə qataraq içə bilərsiniz. Biyan kökü kimi güclü qoxusu sayəsində insanı rahatlaşdırır və siqaret çəkmə ehtiyacının qarşısını alır.

C vitamini şərtdir

Siqareti tərgitmək üçün təbii C vitamini qəbul etmək lazımdır. Bu baxımdan ən təsirli qidalardan biri portağaldır. C vitamini təsiri sayəsində dəmir çatışmazlığını azaldır. Portağal kimi naringi və qreypfrut da antioksidant təsiri göstərir və tərkibindəki C vitamini sayəsində bədənin siqaretə olan ehtiyacını azaldır. İnsanlar siqaret çəkməklə bədənlərində ən çox C vitamini itirirlər. C vitamini əvəzinə nikotinin təbii olmayan elementləri yerləşir. Bu səbəbdən də siqareti tərgitmək üçün təbii formada daha çox C vitamini qəbul etmək lazımdır. Gündə 1 portağal sizə kömək olar.

Sarımsaq bədəni təmizləyir


Tərkibindəki manqan, silisium, kükürd, sulfid birləşmələri kimi bir çox maddələr sayəsində yaxşı bir antibiotik və antioksidant olan sarımsağın nizamlı olaraq yeyilməsi bədənə bir çox fayda verir. Bədənin təmizlənməsini təmin edən sarımsaq eyni zamanda, siqaret çəkmə vərdişinə qarşı mübarizə aparır. Sarımsaq xüsusilə yeməklərdə istifadə edildikdə C vitamini və antioksidant təsiri ilə toxluq hissi yaradır, çəkini qorumağa dəstək olur.

Daim darçın yeyin


Siqareti tərgitməyə kömək olan qidalardan biri də qan şəkərini tarazlayan darçındır. Darçın yaxşı bir antioksidantdır. Darçını istər çubuq, istər toz şəklində qəbul edə bilərsiniz. Gündə bir dəfə 1 çubuq və ya 1 çay qaşığı toz darçınını qatığa, çaya və ya südə qarışdıraraq içə bilərsiniz.

Gündə bir gavalı

Yüksək antioksidant təsiri və lif tərkibi ilə siqareti tərgitməyə kömək olur. Bu müddətdə nizamlı olaraq gündə 1 dənə yeməklə dəmirin əmiləməsinə dəstək olarsınız. C vitamini baxımından zəngin olan gavalı A, B2 vitamini və kalium qaynağıdır. Siqareti tərgitdikdən sonra artıq çəkinin alınmasına da mane olur. (Ailem.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz