Ana südünü azaldan qidalar - SİYAHI
Tarix: 5-09-2017, 06:00
Anaların süd verdiyi dönəmdə südü artıracaq qidalar yeməsi çox vacibdir. Amma bəzi qadınlar yanlış olaraq ana südünü azaldan qidalardan istifadə edirlər.
SİVİL.AZ ana südünü azaldan həmin qidaları təqdim edir.
Nanə
Nanə və mentol tərkibli qidalar südün tərkibinin, dad və qoxusunun dəyişməsinə səbəb olur. Bu səbəbdən əmizdirən analara tövsiyyə edilmir.
Cəfəri
Əmizdirilmənin əsəs şərtlərindən biri sudur. Cəfəri bədəndəki suya təsir göstərir və ana südünü azalda bilir. Ona görə də bu dövrdə məhdud istfadə edilməsi məsləhətdir.
Sirkə və limon
Ana südünü azaldan qidalar arasında sirkə və limon da var. Həddindən artıq istifadə edildikdə südün azalmasına təsir göstərir.
Qarğıdalı
Qarğıdalının müntəzəm istifadəsi nişastanın tərkibinə görə vaxt keçdikcə ananın siqaret çəkməsinə səbəb ola bilər.
Çuğundur
Yaxşı bir antioksidant və vitamin mənbəyi olan çuğundur az miqdarda istifadə edildikdə ananın südünü artırır. Amma diqqət etmək lazımdır ki, çox olmasın. Əks təqdirdə südün azalmasına səbəb ola bilər.
Nişasta
Un, kələm, kartof, noxud və s. kimi tərkibində nişasta olan qidalar da ana südünün səmərəliliyinə mənfi təsir edir.
Acı ədviyyatlar
Əmizdirən analardan uzaq tutulmalı olan qidalar istiot, qara, qırmızı bibər kimi acı ədviyyatlardır. Onlar südün dadını dəyişdirir və azalmasına səbəb olur.
Duzlu qidalar
Ana süd verən zaman çox duzlu qidalardan istifadə edərsə, bu, onun südündə azalmalara səbəb olur. Xüsusilə konservləşdirilmiş və duzlanaraq saxlanma üçün nəzərdə tutulan balıq məhsulları da buraya daxildir.
Siqaret və spirt
Ekspertlər tərəfindən aparılan tədqiqatlar göstərir ki, nikotin və alkoqol ana südünün keyfiyyətini və istehsalını azaldır. Istifadəyə davam edildikdə süd vasitəsi ilə keçən zərərli maddələr səbəbi ilə körpənin inkişafında arzuolunmaz hallar meydana çıxa bilir. (ailem.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər