Kəklikotunun bilmədiyiniz FAYDALARI

Xəbərin çap versiyası
Tarix: 6-09-2017, 21:00
Kəklikotunun bilmədiyiniz


Təbabətdə kəklikotunun əsasən, təzə yarpaqlarından istifadə edilir. Onu qurudulmuş halda da istifadə etmək olar. Xoş qoxulu və bir az acıdır. Gün dəyən yerdə bitən kəklikotu ilə kölgədə bitən kəklikotunun qoxusunda və keyfiyyətində fərq var.


SİVİL.AZ bildirir ki, kəklikotu tomat souslarında, qızardılmış meyvələrdə, ət yeməklərində istifadə edilir. İtalyan yeməklərinin demək olar ki, bütün menyularında kəklikotunun özünəməxsus yeri var. Ən çox pizzada istifadə olunur. Sarımsaq və qatıqla qarışdırıb dadlı sous hazırlamaq olar.

Faydaları:


- Sakitləşdirici təsirə malikdir;

- İmmuniteti artırır;

- Soyuqdəymədə şorbalarda istifadə etmək yaxşı effekt verir;

- Dəmləməsi ən yaxşı ağrıkəsicidir;

- Revmatizmin müalicəsinə kömək edir;

- Kəklikotu yağı diş ağrısına əvəzolunmaz təsir edir;

- Damaqları möhkəmləndirir;

- Yaraların sağalmasına kömək edir;

- Şəkər xəstəliyinə qarşı faydalıdır;

- Stressi aradan qaldırır;

- Yuxusuzluğa kömək edir;

- Qanazlığına xeyirdir;

- Xərçəngə qarşı faydalıdır.


Müalicəvi bitkilərdən olan kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Kəklikotu hələ qədimdən xalq təbabətində əsasən soyuqdəymənin dərmanı kimi işlədilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göy öskürək, pnevmaniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında ondan faydalı vasitə kimi istifadə etmək olar.

Kəklikotu dəmləməsi qarqara şəklində ağız boşluğunun və udlağın iltihabı zamanı, eləcə də mədə-bağırsaq xəstəliklərində əhəmiyyətli sayılır.

Onun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə müsbət təsir edir. Kəklikotu həmçinin iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir. Bu bitkinin həlimi qarında köp və spazmı aradan qaldırır, bağırsaq qurdlarını tökür. Qan təzyiqi yüksək olanlar da kəklikotundan faydalana bilər.

Kəklikotu dəmləməsi qan dövranını yaxşılaşdırdığı üçün insanda xoş əhval-ruhiyyə yaratmaq, sinir sistemini sakitləşdirmək qabiliyyətinə malikdir.

Dərinin parlaqlığı, eləcə də yaraların sağalması üçün onun məlhəmi çox xeyirlidir. Məsələn, kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli cücülərin dişlədiyi yerin üstünə çəksəniz, tezliklə kömək edər. Eləcə də gözün qarasına ağ ləkə düşərsə, ora kəklikotu şirəsi damcılatmaq lazımdır.

Diş ağrısında kəklikotu yağı ağrıkəsici kimi ən gözəl vasitə sayılır.

Amma həkimlər hamilə qadınlara, kəskin böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkənlərə kəklikotundan istifadə etməyi məsləhət görmürlər. (oxu.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz