Qocalmaq istəmirsinizsə, bu içkidən için

Xəbərin çap versiyası
Tarix: 3-09-2017, 20:00
Qocalmaq istəmirsinizsə, bu içkidən için


SİVİL.AZ sizi sarıköklü suyun faydaları ilə tanış edir:


1. Həzmi yaxşılaşdırır - sarıkökdən müntəzəm istifadə həzmi yaxşılaşdırır, çünki öd ifrazını stimullaşdırır.

2. Ciyəri qoruyur - bu ədviyyat qaraciyər üçün çox faydalıdır. O, zəhərli maddələrin qaraciyərə xəsarət vyetirməsinin qarşısını alır və qaraciyərin pozulmuş hüceyrələrini bərpa edir.

3. Beyin sağlamlığını qoruyur - araşdırmalar göstərir ki, sarıkök alsqeymer xəstəliyinin yaranmasının qarşısını alır, əqli inkişafa təsir göstərən hormonun səviyyəsinə müsbət təsir göstərir. Odur ki, bəzi baş beyin xəstəlikləri və qocalma ilə birlikdə müşahidə olunan beyin funksiyalarının zəifləməsinin qarşısını almaq üçün sarıkök effektli vasitədir.

4. Ürək-damar sistemini möhkəmləndirir - tərkibində olan kurkumin inqrediyenti trombların yaranmasının qarşısını alır.

5. Ömür uzadır və qocalması qarşısını alır - kurkumin sərbəst radikalların fəallığına mane olur və iltihabın qarşısını alır, onlar ikisi də qocalmanın ən mühüm amillərdən biridir.

Hazırlanması: sarıköklü suyu hazırlamaq üçün 1 çay qarışı sarıkök tozunu 1 stəkan qaynar suya töküb yaxşı qarışdırmaq lazımdır. (Axşam.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz