Hamilə qadınlar mütləq bu vitamini qəbul etməlidirlər

Xəbərin çap versiyası
Tarix: 2-09-2017, 21:30
Hamilə qadınlar mütləq bu vitamini qəbul etməlidirlər


Avstraliya alimləri müəyyən ediblər ki, qadınlar hamiləlik dövründə mütləq B3 vitamini qəbul etməlidirlər.

SİVİL.AZ bildirir ki, B3 vitamini uşaqsalma ehtimalını azaldır, habelə dölün qüsursuz inkişafını təmin edir. Bu fikri təsdiqləmək məqsədilə sınaqlar keçirilib. Eksperimentdə ya daim uşaqsalan, ya da patologiyalı, o cümlədən ürək xəstəliyi, onurğa sütunu inkişafının pozulduğu, böyrək xəstəliyi olan uşaq doğan dörd qadın iştirak edib. Təkcə həmin qadınların deyil, onların ailə üzvlərinin də DNT analizi aparılıb.

Alimlər aşkar ediblər ki, qüsur və xəstəliklərə səbəb NAD (nikotinamidadenindinukleotid) çatışmazlığıdır. Embrionun daxili orqanlarının formalaşmasına material və enerji verən NAD hamiləliyin ilk günlərindən lazımdır. Orqanizmdə onun miqdarını artırmaq üçün həb şəklində vitaminlər qəbul etmək azdır. Həmçinin tərkibində B3 vitamini olan ərzaq məhsullarından istifadə etmək lazımdır.

Bu sıraya ət (hind toyuğu, qoyun, mal, dana), günəbaxan toxumları, badam, araxis, süd məhsulları, sıyıqlar (yulaf, qarğıdalı, çovdar, arpa), paxlalar (noxud, lobya), ərik qurusu, kartof, quru treska, kəpəkli undan hazırlanmış çörək və digər məhsullar daxildir. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz