Beynimizdə nə baş verir ki, bizi əsnəmək tutur?
Tarix: 7-09-2017, 04:00
Bunu oxuyarkən siz əsnəyə bilərsiniz, çünki əsnəmək yoluxucudur. Bunun səbəbinə cavab tapmaq üçün tədqiqatçılar beynimizdə nə baş verdiyinə baxıblar.
SİVİL.AZ xəbər verir ki, Britaniyanın Nottingham Universitetindən bir qrup alim bu prosesin beynin motor funksiyasından məsul olan hissəsində baş verdiyini aşkar edib.
İlkin motor korteksi Turetta sindromu kimi bir çox hallarda əsas rol oynayır. Beləliklə, alimlər yoluxucu əsnəmək anlayışının bu pozulmaları başa düşməyə kömək edəcəyini söyləyirlər. Yoluxucu əsnəmək ekofenomen-nin ümumi formasıdır- başqasının söz və ya hərəkətlərinin avtomatik təqlid edilməsidir.
Ekofenomen Turetta sindromunda olduğu kimi, epilepsiya və autizm də daxil olmaqla, digər hallarda da müşahidə olunur. Fenomen halında beyində nə baş verdiyini izləmək üçün alimlər 36 könüllünü başqalarının əsnəməyinə baxarkən izləyiblər.
"Həssaslıq"
Current Biology jurnalında dərc olunmuş tədqiqatda bəziləri əsnəməyin gözəl olduğunu, bəziləri isə bu istəyi boğduqlarını deyiblər. Əsnəməyi boğmaq hər insanın motor korteksinin necə işlədiyini və onun həssalığını göstərir. Xarici transkranial maqnit stimulyasiyasından (TMS) istifadə edərək, motor korteksində həssaslığı artırmaq mümkündür belə ki, insanların əsnəməyə meyli də artır.
Dr Katherine Dyke and Hilmer Sigurdsson using TMSAraşdırmada alimlər transkranial maqnit stimulyasiyasından (TMS) istifadə ediblər
Tədqiqatçılar transkranial maqnit stimulyasiyasından tədqiqatda istifadə ediblər.
Tədqiqatda işləyən koqnitiv neyropsixoloji professor Georgina Jackson tapıntının daha geniş şəkildə istifadə olunacağını söyləyib. "Turetta sindromunda əgər biz həyəcanlılığı azalda bilsək, tikləri(əzələ, baş, çiyinlərin və s qeyri-ixtiyari şəkildə atması) də azalda bilərik, buna görə də, onun üzərində işləyirik".
Araşdırmada iştirak edən bir başqa professor Stephen Jackson "Əgər biz kortik həyəcan verən dəyişikliklərin neyron pozğunluqlara necə səbəb olduğunu tapa bilsək, biz onları potensial olaraq, tərsinə çevirə bilərik"- söyləyib. "Biz beyin şəbəkələrində tarazsızlığı modulyasiyasında təsirli ola biləcək TMS-dən istifadə edərək, potensial dərmansız, fərdi müalicə üsulları axtarırıq"- o əlavə edib.
Empati və əsnəmək arasında əlaqəni tədqiq edən, Albany-dəki Nyu-York Dövlət Universitetinin psixoloq həkimi Andrew Gallup deyir ki, TMS-dən istifadə olunması yoluxucu əsnəməyin tədqiqində yeni bir yanaşma olub. O əlavə edib ki, bizim hələ də niyə əsnədiyimiz ilə bağlı nisbətən daha az məlumatımız var. Müxtəlif tədqiqatlar yoluxucu əsnəmə və empati arasındakı əlaqəni irəli sürür, lakin bu əlaqəni dəstəkləyən tədqiqatların nəticələri qarışıq və ziddiyətlidir.
Yeni tapıntılar yoluxucu əsnəmənin empati ilə əlaqəsi olmadığına dair daha çox sübutlar təqdim edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər