Cazibədar və arıq ayaqlara sahib olmaq üçün üsullar - KİŞİLƏR OXUMASIN!
Tarix: 11-09-2017, 00:30
Xanımların önəm verdiyi məqamlardan biri də gözəl və cazibədar ayaqlardır.
SİVİL.AZ bildirir ki, amma əksər qadınlar ayaq baxımını gözardı edirlər və bununla da yaşlılıq özünü dizlərdə xüsusilə büruzə verir.
Sallanmış və kök ayaqlardan xilas olmaq üçün bu üsullardan yararlana bilərsiniz:
Maska 1:
2 qutu qurudulmuş dəniz kələmini 2 litr, 60-70 dərəcəli suda 1 saat saxlayıb, kələmi tənzifdən keçirin. Kələm maskasını baldırlara və budlara çəkmək və sarımaq lazımdır. Ayaqlara isti şərf bağlayıb, 1 saat gözləmək kifayətdir. Bununla da sallaq dəri yığılacaq və öz gözəlliyini yenidən bərpa edəcək.
Maska 2:
5 çay qaşığı üzüm sirkəsi, 1 çay qaşığı bal və 2 çay qaşığı qidalandırıcı kremi qarışdırın. Maskanı bud və baldırlara çəkib 15 dəqiqə saxlayın. Bu məhlul sauna effekti verəcək və sellülitləri yox edərək dərini hamarlaşdıracaq. (axşam.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər