Armud xərcəng riskini AZALDIR

Xəbərin çap versiyası
Tarix: 12-09-2017, 22:00
Armud xərcəng riskini


Armud az kalorili olmasına baxmayaraq, həm də çox faydalı bir meyvədir.

SİVİL.AZ bildirir ki, armud xolesterinin səviyyəsini aşağı salır.

Bir ədəd armudun tərkibində sizin fibrə olan gündəlik ehtiyacınızın 20%-i vardır. Bu fibrlərin içərisində olan pektin qandakı LDL səviyyəsini aşağı salır. Əgər xolesteriniz yüksəkdirsə, bu meyvəyə etimad edə bilərsiniz.

Armud immun sistemini yuxarı qaldırır

Fransada keçirilən tədqiqatlardan biri göstərir ki, armudun tərkibində olan fibrlər immun sistemini yuxarı qaldırar. Tədqiqatçılar siçanlara tərkibində bu fibrlər olan qidalar vermiş və müşahidə etmişdilər ki, siçanlar çox az xəstələnirlər. Armudun da tərkibində suda rahat həll olan bu fibrlər vardır ki, sizin immun sisteminizi yüksəldə bilər. Nəzərə alın ki, bu fibrlərin bir çoxu meyvənin qabığında yerləşir. Bu da yediyiniz yeməyi tez bir zamanda həzm etməyə qadirdir.

Armud dərinin tez qocalımasının qarşısını alır

Şübhəsiz ki, heç kim dərisinin tez qocalmasını istəməz. Əgər siz də dərinizin gümrah və sağlam olmasını istəyirsinizsə, armudu çox yeyin. Bununla yanaşı, armud bədənə daxil olmaq istəyən xərçəng bakteriyalarını dəf edir. İsveçrə alimləri sübut ediblər ki, armudun qabığı və ətində çox sayda anti-oksidanlar vardır. Bu anti-oksidanlar xərçəng riskini aşağı salır və bu xəstəliklə mübarizə aparır.

Armud sizə enerji verir

Müasir dövrdə çox az adam tapılar ki, gündəlik işlərdən sonra yorulmasın. Əgər bir armudu əzib naharda yediyiniz salata əlavə etsəniz, bu, sizə enerji verər. Armud sizin C vitamininə olan gündəlik ehtiyacınızın 10%-ni ödəmiş olar. C vitamini dəmirin tez bir zamanda cəzb olunmasına səbəb olar və dəmir də öz növbəsində qanda hemoqlobin yaradır və hüceyrələri oksigenlə təmin edir. Əgər hüceyrələriniz lazımlı səviyyədə oksigenlə təmin edilərsə, belə sadəliklə yorğunluğa təslim olmazsınız.

Armud beyin hüceyrələrini gücləndirər

Bir ədəd armudun tərkibində əsəb sisteminiz üçün lazım olan misin 15%-i vardır. Mis əsəb sinirlərinə təsir qoyar. Hafizə və bir şeyi dərk etmə qüdrəti də əsəb sinirlərinin fəaliyyətindən asılıdır. Yəni, əgər bu sinirlər öz işlərini düzgün yerinə yetirməzə, həm bir şeyi öyrənən və dərk edən zaman çətinliklə üzləşərik və həm də yaddaş qabiliyyətimiz zəif olar. Mis əsəb sinirlərini gücləndirər, armudun da tərkibində mis vardır.

Armud xərçəng riskini azaldar

Xərçəng - dövrümüzün ən təhlükəli xəstəliklərindən biridir. Əgər hər gün bir armud yeməyə adət etsəniz, K vitamininə olan ehtiyacınızın 8%-i təmin olunar. Tədqiqatçılar bu nəticəyə gəlib çatıblar ki, o insanlar ki, K vitaminini lazımi səviyyədə qəbul edirlər, başqalarından fərqli olaraq, daha az bu xəstəliyə düçar olarlar. (deyerler.org)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz