Qadınlar bu kişilərlə xoşbəxt olur
Tarix: 15-09-2017, 13:08
Florida ştatında yerləşən universitetin alimləri ailə-nigah mövzusunda maraqlı araşdırma aparıblar.
SİVİL.AZ xəbər verir ki, alimlərin fikrincə, ailələrdə boşanma hallarına səbəb qadınların yaraşıqlı kişilərlə ailə qurmasıdır. Maraqlı iddia geniş müzakirələrə səbəb olub.
Onlar qeyd edir ki, qadınlar özlərindən daha yaraşıqlı kişilərlə tanış olduqda dərhal pəhrizə başlayır, günlərinin çox hissəsini gözəllik salonlarında keçirir, evdə belə daim baxımlı olmağa çalışır və s. Bu isə müəyyən müddət sonra qadını yorur və qadın ailəyə olan marağını itirir. Cinsi fəallığın da rol oynadığı məsələlərdə o da qeyd edilir ki, bu proses kişilərdə də eyni cür cərəyan edir.
"Body İmage" jurnalında dərc olunan məqalədə 20 yaşa çatmış 113 gənc cütlük üzərində aparılan araşdırmaların nəticələri dərc edilib. Məlum olub ki, həqiqətən də qadınlar yaraşıqlı həyat yoldaşlarını itirməmək üçün gün ərzində ağlagəlməz yollara belə əl atırlar. Bu həvəs isə bir müddət sonra onları yorur. Nisbətən xarici görünüşü normal, daha çirkin kişilərlə ailə quran qadınlar isə daha xoşbəxt və rahat olur. Bu cür nigahların daha uzunmüddətli olduğu deyilib. İştirakçılardan çoxu görünüşcə deyil, sırf seksual fəal olan və ev işlərində onlara kömək edən kişilərlə xoşbəxt olduqlarını deyiblər. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər