Diş çürüyünü müalicə edəcək asan üsul - YENİ KƏŞF

Xəbərin çap versiyası
Tarix: 15-09-2017, 21:42
Diş çürüyünü müalicə edəcək asan üsul -


İllərdir ağrıkəsici olaraq bilinən aspirinin yeni faydası ortaya çıxıb.


SİVİL.AZ bildirir ki, Şimali İrlandiyalı araşdırmaçılar aspirinin yeni faydasını ortaya çıxarıb.

Kuins Universitetində aparılan araşdırmada aspirinin diş kökündəki hüceyrələri xəbərdar edərək yenilədiyi məlum olub. Ən çox rast gəlinən diş xəstəliyi olan çürük, diş sinirinin iltihablanmasına və diş ağrısına səbəb olur. Öz hüceyrələrini yeniləmək qabiliyyətləri məhdud olan dişlər çürüdüyü zaman plomb tətbiq edilir. Ancaq bu plombların bir neçə dəfə dəyişdirilməsinə ehtiyac yaranır.

Kuins Universitetinin professoru İxlas əl Kərim aspirinin diş kökü hüceyrələrini bərpa edərək plomblara olan ehtiyacı aradan qaldıracağına dair sınaqlar edir.

İngiltərə Diş Araşdırmaçılar Dərnəyinin illik konfransında təklif olunan araşdırma, aspirinin çürüyü müalicə edəcəyini göstərir. (metbuat.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz