Dişlərinizi ağappaq edəcək TƏBİİ VASİTƏ: Evdə özünüz hazırlayın
Tarix: 16-09-2017, 21:15
Siqaretdən gün ərzində istifadə, yemək və içkilər dişlərdə saralmaya və ləkələrin yaranmasına səbəb olur.
SİVİL.AZ bunun qarşısını almaq üçün təbii diş ağartma vasitələrini təqdim edir.
Sarıköklə diş ağartma
Hazırlayacağınız bu qarışımı günəş görməyən, sərin yerdə həftələrlə saxlaya və gündəlik olaraq istifadə etdiyiniz diş məcununuzla növbəli istifadə edə bilərsiniz. Məcunun dişlərinizə verəcəyi sarı rəng sizi qorxutmasın, tətbiq etdikdən sonra ağappaq dişləriniz olacaq.
Lazım olanlar:
- 2 xörək qaşığı sarıkök
- 2 xörək qaşığı soda
- 1 xörək qaşığı kakos yağı
Bütün ləvazimatları kiçik bir qabda məcun formasına gələnə qədər qarışdırın.
İstifadəsi:
Bir diş fırçası ilə hazırladığınız məcunla dişlərinizi fırçalayın. Sonra ağzınızı ilıq su ilə yaxalayın. Ağappaq dişlərin şahidi olacaqsınız. Həftədə 2-3 dəfə tətbiq etsəniz, dişləriniz getdikcə daha da ağaracaq.
Evdə hazırlaya biləcəyiniz digər təbii diş ağartma vasitələri:
Soda ilə diş ağartma
İslatdığınız diş fırçasını bir qaba tökdüyünüz sodaya batırın və dişlərinizi yavaş bir şəkildə 2-3 dəqiqə fırçalayın. Bu təbii diş ağartma vasitəsini həftədə 2-3 dəfə istifadə etsəniz, diş rənginizdə gündən-günə açılma görəcəksiniz.
Soda, duz və sirkə.
Bu üç vasitənin hərəsindən bir çay qaşığı götürərək bir qabda qarışdırın və təmiz bir diş fırçası ilə dişlərinizə vurun.
Banan qabığı ilə diş ağartma
Maqnezium və potasium baxımından zəngin olan banan qabığını diş ağartma vasitəsi oalaraq istifadə edə bilərsiniz. Dişlərinizi fırçaladıqdan sonra banan qabığı ilə bir müddət dişlərinizi ovun, daha sonra su ilə dişlərinizi yaxalayın.
Bu təbii diş ağartma vasitələrini tətbiq etdikdən sonra da diqqət etməniz lazım olan bəzi faktorlar var. Dişinizə zərər verən və rəngini tündləşdirən şeylərdən uzaq durun. Qəhvə, siqaret kimi vasitələr dişlərin üst təbəqəsini yaradan mina üzərində ləkələnmələrə yol açır. Bu maddələrdən uzaq durmaqla dişləriniz çox daha bəyaz qalacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər