İnsanın AFFEKT HALI
Tarix: 19-09-2017, 23:45
Affekt insanlarda qəflətən yaranan güclü, qısamüddətli, emosional haldır.
SİVİL.AZ bildirir ki, affekt coşqun sürətdə əmələ gəlib kəskin xarici ifadəyə malik olan azmüddətli, lakin qüvvətli cərəyan edən hisslərdir. İnsanın affekt halı bəzi hallarda onun fəaliyyətinə pozucu təsir göstərir. Çünki belə vəziyyətdə insan şüuru və danışığı üzərində nəzarəti itirir.
Affekt vəziyyəti zamanı insanın beynində kəskin oyanma ocağı əmələ gəlir və ətrafdakı oyanıq sahələrdə ləngimə baş verir. Bu səbəbdən də affekt vəziyyətində insanlar nə dediklərini, nə hərəkət etdiklərini bilmirlər. Affekt zamanı insan orqanizminin bütün normal fəaliyyəti, xüsusilə də təfəkkür və nitqin fəaliyyəti pozulur, ixtiyarı diqqət zəifləyir, əlin, bədənin əsməsi müşayət olunur. Orqanizmin tənəffüs ahəngi pozulur, qan dövranında dəyişiklik baş verir. Bütün bu dəyişiklik affekt vəziyyətinin tam şərtləşdiyi zaman baş verir.
Affekt halı söndükdən sonra insanlarda əzginlik, yorğunluq əlamətləri özünü göstərir. (immunitet.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər