Bu maddə beynin kiçilməsinə, piylənməyə, xərçəngə SƏBƏB OLUR

Xəbərin çap versiyası
Tarix: 25-09-2017, 07:00
Bu maddə beynin kiçilməsinə, piylənməyə, xərçəngə


Şəkər artıq gündəlik istifadə etdiyimiz qida rasionunun ayrılmaz komponentinə çevrilib. Hər gün bir neçə dəfə çaya, qəhvəyə qarışdırdığımız şəkər yediyimiz şirniyyatlar və içdiyimiz qazlı içkilərdə, o cümlədən, paketlənmiş bir çox qidaların tərkibində də mövcuddur. Dünya Səhiyyə Təşkilatı şəkərin miqdarının gündəlik kalori qəbulunun 10%-dən çox olmamasını tövsiyə edir. Amerika Ürək Cəmiyyətinin verdiyi məlumata görə isə, gündəlik şəkər qəbulunun miqdarı kişilərdə 35 qr (150 kalori), qadınlarda isə 20 qr (100 kalori) olmalıdır. Buna görə də gün ərzində nə qədər şəkər qəbul etdiyimizi anlaya bilmirik. Şəkərin artıq miqdarda qəbulu xərçəngə yoluxma riskini artırır və bədənin immun sistemini kəskin zəiflədir.

SİVİL.AZ bu faktorlarla yanaşı, şəkərin insan bədəninə vurduğu zərərləri təqdim edir.

Yaddaşı zəiflədir

Avstraliya Milli Universitetində aparılan bir araşdırmaya görə, qan şəkərinin uzun müddət normadan yüksək olması insanlarda beynin kiçilməsinə səbəb olur. Bu kiçilmə də insanda yaddaş zəifliyi probelemini ortaya çıxarır. Artıq şəkər qəbulu diqqət əksikliyi yarada bilir və öyrənmək qüvvəsini aşağı salır.

Xərçəng riskini artırır

Tərkibində şəkər maddəsi olan taxıl bitkiləri, süd və süd məhsulları, paxlakimilər, eyni zamanda xərçəngə qarşı müdafiə sistemi yaradan vitamin, mineral, antioksidan, fitokimyəvi maddələrə də malikdir. Bundan fərqli olaraq, süfrəyə qoyduğumuz şəkər heç bir qoruyucu maddəyə malik deyil. Buna görə də normadan artıq şəkər qəbulu bu maddələrin balansının pozulmasına və xərçəng yaranmasına səbəb olur.

Bədənin immun sistemini zəiflədir

İmmune sisteminin önəmli bir parçası olan qırmızı qan hüceyrələri C vitamini ilə şəkər molekullarının yarışı arasında qalır. Şəkər ilə bənzər molekulyar quruluşa malik olan C vitamini şəkərin həddən artıq çox qəbulu nəticəsində immune hüceyrələri tərəfindən istifadə oluna bilmir və sistemi zəiflətməyə başlayır. Bunun nəticəsində də xəstəliklərə yaxalanmaq riski yüksəlir.

Piylənməyə səbəb olur

Zəmanənin ən önəmli xəstəliklərindən olan piylənmənin başlıca səbəbi yüksək miqdarda şəkər qəbul etməkdir. Aparılan araşdırmalar aydın şəkildə göstərir ki, yüksək miqdarda və davamlı olaraq qəbul edilən bu maddə qaraciyərin fruktozasını yağ kimi depolayır. Bunun nəticəsində də , xüsusilə, bel çevrəsində yağlanma sürətlə artır.

Ürəyə zərər verir

Şəkər pis xolestrol kimi tanınan və LDL, triqliseridlərin yüksəlməsinə səbəb olan damar tıxanıqlığına yol açır. Damarların içindəki bu parçaların çoxalması infarct və insult riskini yüksəldir.

Bədbəxtlik hissinə səbəb olur


Şəkər "xoşbəxtlik hormonu" kimi tanınan serotonin hormonunun ifrazını çoxaltdığı üçün zövq verən özəlliyi ilə insanlarda bağlılıq yaradır. Beyində bağlılıq yaratmaq təsiri də içində şəkər olan qidaları qəbul etmədiyimiz zaman keyfimizin qaçmasına və əsəbi olmağımıza səbəb olur.

İnsulinin müqavimətinə səbəb olur

Vücudumuzdakı ən önəmli hormonlardan biri olan insulin qan şəkərinin balansda qalmağına yardımçı olur. İnsulinin müqaviməti qandakı şəkərin hüceyrə içərisinə girməsi sonucunda istifadə olunmaması deməkdir. Bir çox araşdırma şəkər istifadəsinin insulinin bədənə müqavimətinə yol açdığını sübut edib. Insulin müqaviməti olan insanlrda metabolik sindrom, piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri yaranır. (publika.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz