Qrip olmamağınız üçün bu qidalardan istifadə edin

Xəbərin çap versiyası
Tarix: 1-10-2017, 00:20
Qrip olmamağınız üçün bu qidalardan istifadə edin


Türkiyəli dietoloq Vildan Kabataş qışda immuniteti gücləndirib xəstəliklərdən qoruyan qidaların siyahısını açıqlayıb.

SİVİL.AZ həmin siyahını təqdim edir:

Cəfəri

C vitamini və dəmir anbarıdır. Böyrəkləri təmizləyir və qan şəkərini nizamlayır.

İspanaq

İmmunitet sistemini gücləndirən ispanaq dəmir baxımından zəngindir. Beta-karotin ehtiva etdiyi üçün yaşla birlikdə ortaya çıxan göz xəstəliklərinə qarşı da təsirlidir.

Kələm

Tərkibi qocalmağın qarşısını alan minerallar, xüsusən də natriumla zəngindir. Mədə və qida borusu xərçəngi təhlükəsini azaldır. Kələm növlərində olan U vitamini, mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Dəri sağlamlığı üçün faydalıdır.

Brüssel kələmi

Az bişirilməsi və ya çiy istehlak edilməsi daha məqsədəuyğundur. İmmunitet sistemini gücləndirir. Lif, A, C vitaminləri və fol dəri sağlamlığı üçün də faydalıdır.

Balqabaq

Balqabaq zəngin lif, A vitamini, fosfor və kalsiumdan ibarətdir. Lifli yeməklər bağırsaq xərçənginin yaranmasının qarşısını alır.

Soğan-sarımsaq

İmmunitet sistemini gücləndirməkdə olduqca təsirlidir.

Naringi

Zəngin C vitamini xüsusilə qış aylarında xəstəliklərdən müdafiə edir.

Portağal


C vitamini və fol turşusu qaynağı olan portağal immunitet sistemini gücləndirir və qan azlığına yaxşı təsir edir.

Qreyfrut

C Vitamini baxımından zəngin olan qreyfrut immunitet sistemi üçün olduqca yararlıdır.

Armud

A, B1, B2, B3, B6 və C vitaminləri ilə zəngindir. Qabıqlı olaraq istehlak edilməsi bağırsaq sağlamlığı üçün çox faydalıdır.

Razyana

Tərkibində uçucu yağlar olduğu üçün qaynatmaq olmaz, isti suda dəmləmə şəklində saxlayıb içilməlidir. Razyana kalsium, kalium kimi minerallarla yanaşı, B vitamini ilə zəngindir. O, bədən müqavimətini artırır, nizamlı istifadə edildikdə xolesterini aşağı salır.

Sarıkök

Sarıkök antioksidant mənbəyidir. İltihabönləyici xüsusiyyətə malik olan sarıkök immuniteti güncləndirir. Eyni zamanda mədə pozğunluğunun qarşısını alır.

Kəvər

C, K və B vitamini anbarıdır. Bundan başqa, kalium, kalsium, silisium, maqnezium, kükürd, mis baxımından olduqca zəngindir. Eyni zamanda bağırsaqların işini yaxşılaşdıraraq qəbizlik problemini aradan qaldırır. (metbuat.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz