Ömrümüzü uzatmaq üçün nələri yeməliyik?
Tarix: 1-10-2017, 09:30
İnsann sağlamlığına onun yediyi yeməklərin və qidaların təsiri çoxdur. Ona görə də sağlam qalmaq üçün nələri yeməliyik?
SİVİL.AZ ömrü qısaldan və uzadan qidaların siyahısını tədim edir.
Ömrü qısaldan yeməklər:
Şirniyyat: Şiniyyatı həddən artıq istifadə etmək sizin üçün zərərli ola bilər. Belə ki, diabet xəstəliyi üçün şərait yaradar. Diabet xəstəliyi qəlb infaktı və tez ölüm üçün şərait yaradar.
Qızardılmış yeməklər: Ərzaqların yağda qızardılması bir çox xərşəng xəstəlikləri üçün şərait yaradır. Qızardılmış yeməklər nəinki bədənə çoxlu enerji daxil edır, həm də xərçəng xəstəliyi yaradır.
Heyvan yağları və yağ turşuları: Xamanın, kərə yağının, heyvan piylərinin tərkibində olan yağlar qan damarlarında yığılar və beyin və ürək infaktı üçün şərait yaradar.
Ömrünüzü uzada bilən ərzaqlar:
Yemək növləri, onun bişirilmə keyfiyyəti və yemək adətləri insan ömrünə təsir edən amillərdəndir. Əgər uzun yaşamaq istəyirsinizsə bu tövsiyələrə əməl edin.
Sarımsaq yeyin: Sarımsaq qandakı xolesterinin miqdarını aşağı saldığı üçün sizi çox sayda xərçəng xəstəliklərindən qoruyar. Qəlb xəstəliklərinin qarşısını alar.
Soğan yeyin: Soğan immun sistemini gücləndirər. Sizi hər cür xəstəliklər qarşısında qoruyar. Soğan astma xəstəliyi üçün də faydalıdır.
Sarıkök və qara istiot: Sarıkök antioksidantdır və xərçəng xəstəliyi ilə mübarizə aparar. Bu ədviyyat qara istiotla birləşən zaman daha çox fayda verər.
Soya: Soyanın tərkibində izoflavonlar vardır ki, bu ən güclü antioksidant sayılır. Xərçəng və qəlb xətəliklərinin qarşısını alır. Bundan başqa soya qan xolesterininin səviyyəsini aşağı salır. Soya bitkisinin sousundan, südündən, qatığından istifadə etmək olar.
Qırmızı meyvələr: moruq, zoğal, qara tut, çiyələk, qara üzüm.
Göbələk: Göbələk bədənin immun sistemini gücləndirir.
Qara şokolad: Acı şokolad ürək xəstəliklərinin qarşısını alar. Qanı durulaşdırar və cərəyan etməsinə yardım edər.
Balıq: Balığın tərkibində Omeqa 3 vardır. Bu maddə qəlb xəstəlikləri üçün faydalıdır və diyabetin qarşısını alır.
Yaşıl çay: Yaşıl çaylar xərçəng xəstəliyi ilə mübarizə aparar. Bədəni zəhərdən təmizləyər və insanı gec qocaldar.
Zeytun yağı: Bu yağ qəlb xəstəlikləri üçün çox faydalıdır və qanda olan zərərli maddələrin miqdarını azaldır.
Brokoli və başqa tərəvəzlər: Brokoli, gül kələm, brüssel kələmi, pomidor, bibər, çuğundur, kədu insan sağlamlığının keşiyində dayanan tərəvəzlərdir. Bu tərəvəzlərdən gün ərzində iki dəfə istifadə etməyə çalışın.
Zəncəfil: Zəncəfilin tərkibində olan antioksidantlar qəlb və xərçəng xəstəlikləri üçün faydalı bir ədviyyatdır.
Əgər uzun ömür yaşamaq istəyirsinizsə yediyiniz yeməklərdə ifrat etməyin. Mötədil olmağa çalışın. Həmişə təzə ərzaqlardan istifadə etməyə səy göstərin. Qızardılmış yeməklərdən uzaq olun və qaynadılmış yeməklərə üstünlük verin. (deyerler.org)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər