Cavan qalmaq üçün 8 ÜSUL
Tarix: 1-10-2017, 12:00
Hər bir insan cavan qalmağı sevir və bu, fitri bir hissdir. Çünki cavanlıq insan həyatının ən gözəl çağlarıdır və insanın istedadlarının çiçəkləndiyi bir dövrdür. Orta yaş həddini keçən zaman insanda tez qocalacağına dair bir qorxu yaranır. Bu qorxunu sağlam yemək və sağlam adət rejimi ilə ləngidə bilərsiniz. Bu yolla uzun müddət cavan və sağlam qala bilərsiniz.
SİVİL.AZ bildirir ki, yaş elə bir rəqəmdir ki, pasportda yazılır. Həyatında yeni səhifə açaraq, həmin rəqəmi ləngidə bilərsiniz. Qocalığın əlamətləri ilə mübarizə apara bilərsiniz.
Kim istəmir ki, həmişə cavan qalsın? Düzdür 40 yaşında olan biri 17 yaşındakı kimi ola bilməz. Ancaq ürəyimiz istəyir ki, o vaxtın enerji və qüvvəsinə malik olaq. Qocalıq elə bir haldır ki, hər bir evin qapısında hazır olar. İnsan yaşlaşdıqca, xəstəliklər sorağına gələr. Ancaq bu xəstəliklərin qarşısını alıb, onları təxirə salmaq bizim əlimizdədir. Bunun üçün 8 tövsiyə edilir.
1. Bədəninizi su ilə təmin edin
O zaman ki, bədən kifayət qədər su qəbul etmir, daha çox kişmişə bənzəyər, nəinki yetişmiş üzümə. Ona görə də gün ərzində kifayət qədər su içmək lazımdır. Gərək heç vaxt susuzluq hiss etməyəsən. Sulu meyvələr yeməyə çalışın.
2. Fəal olun
İdman etmək qocalığın qarşısını alır. Ancaq yaxşı olar ki, yüngül və nizamlı idman edəsəniz. Bədəninizi çox gücə salmayın. Davamlı olan yüngül idmanlar sizə daha çox fayda verər.
3. Kofeinin miqdarını azaldın
Mütəxəssislərin nəzərinə görə kofein bədəni tez qocaldar. Ona görə də kofeinin miqdarını azaltmağa çalışın.
4. Daha çox yatmağa çalışın
Əlbəttə məqsədimiz bu deyil ki, günortaya qədər yatasınız. Yəni, əgər gün ərzində 6 saat yatırsınızsa, çalışın ki, bu vaxtı bir az artırasınız. Çünki yuxu zamanı bədəninizin çatışmamazlıqları bərpa olur və müalicə olur. Bu zaman həm özünüzü gümrah hiss edərik və həm də zahirimiz daha təravətli olar. İnsan yatan zaman boğazından tutmuş üz hüceyrələrinə qədər hamısı bərpa olar. Günorta zamanı qısamüddətli mürgüləmə də sizə enerji əldə etməyə yardım edər. Yuxusuzluq sizi əldən salar və tez xəstələnməyiniz üçün şərait yaradar. Əgər kifayət qədər yatmasınız, immun sisteminiz də zəifləyər.
5. Yarpaqlı tərəvəz yeyin
Yarpaqlı tərəvəz yeməkdən qafil olmayın. Tərəvəz suyu içmək daha faydalıdır. Yemək süfrəsində həmişə bu cür tərəvəzləri yaddan çıxartmayın. Kələmin müxtəlif növləri bu tərəvəzlərə aiddir.
6. Anti-oksidan olan yeməklərdən istifadə edin
Meyvə və tərəvəzin tərkibində bu maddələr çoxluq təşkil edir. Bu maddə bədənin hüceyrələrinin ölməsinin qarşısını alır. Xırda meyvələrdən, qoz, sarıkök, darçından daha çox istifadə edin.
7. Hər gün təmiz hava almağa çalışın
Əksər insanlar vaxtlarının çox hissəsini dörd divar arxasında keçirirlər. Halbuki, bədənimizin təmiz havaya ehtiyacı vardır. Ona görə də hər gün havada piyada yeriməyə çalışın və ya velosiped sürün.
8. Gündəlik işlərinizdən ləzzət almağa çalışın
Gündəlik işlər sizi yoran zaman dərin bir nəfəs alın və bu nəfəs sizin stress və yorğunluğunuzu aradan aparacaqdır. Gördüyünüz işlərdən ləzzət almağa başlayacaqsınız. (deyerler.org)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər