Cavan qalmaq üçün nə yeməli? - SİYAHI
Tarix: 2-10-2017, 00:30
SİVİL.AZ cavan qalmaq üçün kömək edən qidaların siyahısını təqdim edir.
Yaşıl çay
Əgər gözlərinizin sağlamlığını qorumaq istəyirsinizsə yaşıl çay için. Tərkibində olan anti-oksidanlar gözünüzü qoruyacaqdır.
Balıq
Balıq dərinizin qocalmasının qarşısını alar və tərkibində olan Omeqa 3 zehninizi güclü saxlayar.
Yumurta
Gözəlliyimizə yaxşı təsir edən qidalardan biri də yumurtadır. Yumurta saçlarınıza fövqəl-adi təsir edə bilər. Onun tərkibində proteynin miqdarı çox olduğundan saçlarınızın uzanması üçün faydalıdır.
Kələm
Dırnaqlarınızın sağlam qalması üçün kələm yeyin. Onun tərkibində dəmir vardır. Əgər bədəndə dəmir çatışmazsa dırnaqlarınız qırılmağa başlayar.
Pomidor
Pomidor sizin sağlamlığınız üçün faydalı tərəvəzdir. Tərkibində olan likupen sizi günəş yanmasından qoruyar. Bundan başqa zərərli hüceyrələrin yaranmasının qarşısını alar.
Qəhvəyi rəngli düyü
Qəhvəyi rəngli düyü sizin arıqlamağınız üçün faydalı qidadır. Tərkibində kalori və yağ azdır. Sizə toxluq hissi verəcəkdir.
Sizi cavan saxlayan meyvələr
Alma: Almanın tərkibində olan faydalı kimyəvi maddələr xərçəng yaradan hüceyrələrin qarşısını alır. Bununla yanaşı vitaminlə zəngindir.
Tut, moruq, zoğal, xar tut: Bu meyvələrin tərkibində anti-oksidanlar olduğu üçün qan xəstəlikləri ilə mübarizə aparar.
Şaftalı, armud və ərik: Şaftalı dərimizə qulluq edər, armud ömrümüzü uzadar. Əriyin tərkibində A vitamini, maqnezium, dəmir, kalsium və kalium vardır.
Sitrus meyvələri bizim vitaminə olan ehtiyaclarımızı təmin edər.
Brokoli
Brokoli çox faydalı bir tərəvəzdir. Onun tərkibində çox sayda vitamin vardır. Ancaq kalorisi azdır. Bu tərəvəzi yeməklə bədənimiz sağlam qalar və ömrümüzü uzadar. Tərkibində olan C vitamini bizi cavan saxlayar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər