Kişilər keçmiş sevgililərini niyə UNUDA BİLMIR?

Xəbərin çap versiyası
Tarix: 4-10-2017, 09:30
Kişilər keçmiş sevgililərini niyə


Uzun illər birlikdə olan, sevgi-məhəbbətdən dəli olan cütlüklərin ayrıldıqdan sonrakı vəziyyəti hər zaman psixoloqların marağına səbəb olub. Adəti üzrə ayrılan cütlüklərdə müşahidə edilən hallar: ilk olaraq telefon nömrələri dəyişdirilir və mesajlar arxivi, fotoşəkillər silinir. Sonrakı həyatda düşmən olurlar, bacardıqca ortaq dostlardan uzaq gəzirlər, birlikdə gedilən məkanlar hər iki tərəf üçün məzarlığı xatırladır və s. Bu vəziyyət ayrılan cütlüklərin 80%-də müşahidə olunur.

SİVİL.AZ bildirir ki, Avstraliyadan olan mütəxəssislər maraqlı eksperiment keçiriblər. Onlar iddia edir ki, ayrılıq xanımlardan çox kişiləri depressiv vəziyyətə salır (Təbii ki söhbət sevən kişilərdən gedir). Onlar yaşananlardan dolayı daha çox peşman olurlar və keçmiş dəftərləri bağlaya bilmirlər.

535 nəfər arasında aparılan araşdırmaya görə, sevgililərindən ayrılan kişilərin yüzdə 36%-i dərhal peşmançılıq hissi duyur. Onlardan yüzdə 50%-i yenidən barışacaqlarına dair ümid bəsləyir, 48%-i isə yenidən barışmaq üçün qarşı tərəfə yalvardığını belə etiraf edib.

Digər tərəfdən, qadınlarla müqayisədə kişilərin 36%-i verdikləri qərardan peşmançılıq hissi keçirdiyi halda, qadınlarda bu göstərici sadəcə 26% təşkil edir. Əksər hallarda qadınlar ayrılıq qərarı verdikdən sonrakı həyatlarında bu qərarın nə qədər doğru olduğunu bir daha təsdiqləyirlər.

"Daily Mail"-ə mövzu ilə bağlı münasibət bildirən psixoloq Salama Marina, cütlüklərin gərgin şəraitdə ayrıldıqdan sonra yenidən barışmağa cəhd etmələrini başa düşmədiyini deyib. Psixoloji cəhətdən insan bunu edə bilməz. Yüksək eqo buna mane olur. İnsanlar ilk addım atmağa çəkinir, çünki bunu öz-özlərinə qarşı hörmətsizlik kimi qəbul edirlər.

Onun sözlərinə görə, insan verdiyi qərardan peşman olmadan həyatına davam etməli və yeni münasibətlərə cəhd etməlidir. Hər insanın özünə uyğun tərəf müqabili var. Gec, ya tez həyatda hər kəs xoşbəxtliyi dadacaq! (publika.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz