Azərbaycana dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq - RƏSMİ

Xəbərin çap versiyası
Tarix: 10-10-2017, 01:00
Azərbaycana dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq -


“Bu il qış ötən ilkindən sərt olacaq”.

SİVİL.AZ xəbər verir ki, bu sözləri metbuat.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.

Onun sözlərinə görə, bu il ölkəmizin ərazisinə qar daha çox yağacaq: “İndi ölkəmizdə cənub küləyi əsir. Şimal küləyinə keçən kimi havalar soyumağa başlayacaq. Qardan asılı olmayaraq, bu il qış sərt keçəcək. Hava şaxtalı olacaq. Ölkə ərazisində 2-3 dərəcə isti olacaq. Bu da küləklə birləşən zaman, ölkə ərazisində soyuq havaların hökm sürəcəyini indidən proqnozlaşdırmaq mümkündür”.

Qeyd edək ki, oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz