Əziyyətsiz, ac qalmadan arıqlamağın UNİKAL YOLU
Tarix: 16-10-2017, 20:52
Aclıq çəkmədən də arıqlamaq olar. Ancaq bu, o demək deyil ki, əvvəlki qidalanma rejimini saxlamaq olar. Artıq çəkidən xilas olmaq üçün qidalanmanın öz rejiminə yenidən baxmaq lazım olacaq.
SİVİL.AZ bu yazıda oxucuları arıqlamağın yolları ilə tanış edir.
Sudan başqa heç nə içməyin
Bütün gün ərzində qəhvə, meyvə suları və çaydan imtina etmək arıqlamağa kömək edir. Şəkər orqanizm üçün zəhərlidir, o, xəstəlik yaradır və çəki artımına səbəb olur. Şirin içkilərin ixtisarı yüzlərlə kalorini azaldacaq, üstəlik hidratlaşma (insan orqanizmində suyun çatışmazlığı) dərəcəsi normaya düşdüyü üçün özünüzü daha gümrah hiss edəcəksiniz. Su maddələr mübadiləsini sürətləndirib artıq çəkini atmağa kömək edəcək.
Səhərlər 5 dəqiqə dartınma hərəkətləri edin
Dartınmaq və dərin nəfəs almaq səhərlər həm əqli, həm də fiziki baxımdan sizin üçün faydalıdır. Stress çəkinin artımına, piylənməyə və demək olar ki, hər xəstəliyə gətirib çıxaran ən böyük amillərdən biridir. Odur ki, bu 5 dəqiqə özünə fokuslanmağa, stress səviyyəsini azaltmağa və əhvalı qaldırmağa kömək edəcək.
Avtobusdan bir neçə dayancaq əvvəl düşün
Günün əsas hissəsini yeriyərək keçirin. Bu, sağlamlığınız və arıqlamaq üçün fövqəladə dərəcədə faydaldır. İctimai nəqliyyatdan bir neçə dayanacaq tez düşün. Yerimək sizə günün fəallığını arıtmağa məcbur edəcək. İşdən əvvəl və sonra gəzinti hətta o qısa olsa belə stressi çıxartmaq üçün fantastikdir.
Kiçik boşqabdan istifadə edin
Tədqiqatlar göstərir ki, kiçik boşqabdan yeyən insanlar daha az yeyirlər. Araşdırmalar göstərir ki, balaca boşqab böyük porsiya illüziyasını verir.
Daha yavaş yeyin
Telefonu kənara qoyun, noutbuku bağlayın, işi yavaşıdın və qarşınızdakı yeməyə fokuslanın. Hər tikədən sonra onu dequstasiya etdiyinizi təsəvvür edin: ətir, növ... Sizin yalnız yeməyiniz xoşunuza gəlməyəcək, həm də daha az yeməklə doyacaqsınız. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər