Burun tutulubsa, 25 saniyəyə necə açmaq olar?

Xəbərin çap versiyası
Tarix: 3-11-2017, 01:00
Burun tutulubsa, 25 saniyəyə necə açmaq olar?


Soyuq havalar öz sərt üzünü göstərməsilə, qrip və soyuqdəymə kimi xəstəliklər özünü büruzə verməyə başladı.

SİVİL.AZ
bildirir ki, soyuq havaların qapımızı döydüyü bu günlərdə qrip və soyuqdəymə kimi xəstəliklər qaçılmaz olur. Bu xəstəliyin ən çətin tərəfi isə, burun axması və burunun tutulmasıdır.

İnsana kifayət qədər çətinlik verən bu halı 25 saniyəlik bir üsulla aradan qaldıra biləcəyinizi bilirdinizmi? İndi isə, gəlin burun tıxanıqlığını 25 saniyə ərzində heç bir dərman istifadə etmədən aradan qaldıran üsulla tanış olaq:

1-ci addım

Dilinizin ucunu, ağızınızın iç qisiminin ən yüksək nöqtəsinə qədər dəydirin.

2-ci addım

Orta barmağınızı və işarə barmağınızı birləşdirib qaşınızın tam ortasından olacaq şəkildə irəliyə və geriyə hərəkətlər edin.

1-ci və 2-ci addımı sıra ilə 20 saniyə boyunca tətbiq edin.

Son olaraq da nəfəsinizi tutun. Nəfəsinizi tutmaq beynin iç motivini diqqətə alaraq burun dəliyinizi təmizləməsini təmin edir. Burnunuzu tıxayın və başınızı çox olmayacaq şəkildə geriyə doğru söykəyin. Narahat olacaq vəziyyətə gəldiyinizdə barmaqlarınızı çəkin və burun tutulmasına əlvida deyin. (deyerler.org)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz