Gündəlik həyatınızda lazım olan 10 vacib məlumat
Tarix: 13-11-2017, 09:30
Çatlamış yumurtanı necə qaynadacağınızı və ya əlinizə batmış şüşə qırıntılarını necə təmizləyəcəyinizi bilmirsiniz?
SİVİL.AZ "Qaynarinfo”ya istinadla sizə bu və bu kimi gündəlik ehtiyac duyacağınız məlumatlar təqdim edir:
1. Şüşə parçası hər hansı yerinizə batarsa, onu necə çıxarmalı?
Kiçik bir şüşə qabı isti su ilə doldurun. Yaralanmış hissəni şüşənin üstünə tutun. Su soyuduqca həmin nahiyyəni əməcək və qırıntıları rahat çıxarmanıza kömək olacaq.
2. Solmuş çiçəkləri necə canlandırmaq olar?
Solmuş çiçəkləri yenidən canlandırmaq üçün onları isti suya qoymaq lazımdır. Suyun soyuduqca güllərin canlandığını görücəksiniz.
3. Şüşələr necə yuyulur?
Şüşənin içinə bir az su və bir az qum qoyun. Tez-tez çalxalayaraq yuyun.
4. Yataqdakı nəm və rütubət necə müəyyən edilir?
Yatağınızın rütubətli olub-olmadığını müəyyən etmək üçün mələfənin arasına ayna qoyun. Bir neçə dəqiqə sonra aynaya baxın. Səthi bulanıqlaşarsa, yatağınızı dəyişdirmək vaxtı gəlib deməkdir.
5. Çatlamış yumurta necə qaynadılır?
Çatlamış yumurtanı qaynadarkən içinin dağılmaması üçün suya bir az sirkə əlavə edin.
6. Kərə yağını necə yoxlamaq olar?
Kərə yağının təmiz olub-olmadığını yoxlamaq üçün kağıza bir az yağ sürtüb onu yandırın. Kərə yağı təmizdirsə, ləzzətli bir qoxusu olacaq. Marqarindirsə, ətrafa xoşagəlməz qoxu yayılacaq.
7. Burxulan ayaq və ya əl necə müalicə olunur?
Əvvəla onu qeyd edək ki, burxulan nahiyyəni bir yerə uzadın, çox hərəkət etdirməyin. Soyuq suyla isladılmış əski ilə bükün və əskinin hər zaman nəm qalmasına nəzarət edin.
8. Ağır bir qab necə daşınmalıdır?
Su ilə dolu ağır qabı şəkildə sağda göstərilən kimi tutmaq lazımdır. Beləcə ağırlığı tarazlayacaq və suyun yerə tökülməsinə mane olacaqsınız.
9. Küləkli havada kibrit necə yandırılar?
Kibritin kənarlarını bir az yonun. Yonduğunuz üçün kənara çıxmış çöp qırıqları bir anda alovlanacaq.
10. Yumurtalar necə təzə saxlanılar?
Yumurtaları uzun müddət təzə saxlamaq istəyirsinizsə, duzun içinə qoyun. Bunun ardından yumurtaları quru bir yerdə qabın içində saxlaya bilərsiniz.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər