Bu əşyalarınızı heç kimə verməyin - XƏBƏRDARLIQ
Tarix: 14-11-2017, 00:20
Hamımız sevdiklərimizə qarşı dərin bir paylaşma duyğusu daşıyırıq. Hər şeyimizi onlarla bölüşmək, paylaşmaq istəyirik. Amma bəzi əşyalar var ki, onları paylaşmaq qarşımızdakı insana da, özümüzə də zərər verə bilər.
SİVİL.AZ ailem.az-a istinadla sizə əsla heç kimlə paylaşmamalı olduğunuz əşyalar barədə məlumat verir.
Qulaqcıq
Qulaqlarımızda bir-birindən fərqli bakteriya florası var. Başqasının qulaqcığını istifadə edərkən bu tarazlıq pozula və nəticədə qulaq iltihabı yarana bilər. Qulaq sağlamlığınızı qorumaq üçün qulaqcıqlarınızı spirtlə dezinfeksiya edin.
Dodaq boyası
Tələsik harasa gedəndə çantamızda makiyaj ləvazimatlarımız olmayanda rəfiqəmizdən istəyirik. Bir dodaq boyasından heç nə olmaz deyirik. Amma dodaq boyası uçuq kimi dəri problemlərini keçirə bilər. Bu hallardan qorunmaq üçün pomadanın uc qismini mütəmadi olaraq kəsin.
Dəriyə qulluq aksessuarları
Dəri təmizliyi üçün istifadə etdiyimiz fırçalar, süngərlər olduqca əlverişlidir. Amma içinə bakteriya yığır. Unutmayaq ki, başqası ilə paylaşacağımız bu vasitələr sızanaq yaranmasına səbəb olur.
Dəsmal
Bədəndəki artıq mayeni əmmə vəzifəsini yerinə yetirən dəsmal, əmdiyi mayeni bakteriya olaraq həbs edir. Və bakteriyaların daha tez artmasına şərait yaradır. Başqasının da istifadə edəcəyi bu dəsmalın dəri xəstəliklərinə səbəb olacağı faktdır.
Kosmetik aksessuarlar
Dırnaq qayçısı, qaş alan, təraş maşını və digər aksessuarlar da şəxsidir. Bu vasitələr içində görünməyən qan damlacıqları daşıyır və saydığımız 8 əşya arasında paylaşımı ən təhlükəli olanıdır. Uçuq və göbələk infeksiyası daşımaq istəmirsinizsə, bu əşyalarınızı paylaşmayın.
Saç toqqaları və biqudilər
Saç dərisi ilə təmas edən saç toqqaları, biqudi, hətta daraq göbələk və bit yarada bilər. Başqası ilə paylaşmaq buna görə təhlükəlidir.
Diyircəkli antipresperant
Bədənə təmas edən bu vasitə paylaşılarsa, dəridəki bakteriyaların daşınmasına səbəb olar. Tər qoxusunu yox etməyə çalışırkən dəri xəstəliklərinə yaxalanmayın.
Ev çəkələkləri və ayaqqabılar
Qonaq qarşılamağı sevirik və evə gələn qonağa çəkələk veririk. Lakin tərləyən ayaqlardan yayılan göbələk və bakteriyalar qoxu və xəstəlik yayır. Hər altı ayda bir çəkələyi dəyişdirməyi unutmayın.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər