Çirklənməyən köynək istehsal edildi
Tarix: 14-11-2017, 00:40
Amsterdam şəhərindəki fabriklərdən birində ofis əməkdaşları üçün çirklənməyən köynək istehsal edilir.
SİVİL.AZ xəbər verir ki, “Labfresh” adlanan köynəyin üzərinə düşən maye və ən çətin təmizlənən ləkələr daxilə hopmadığına görə onları salfet və ya dəsmalla asanlıqla silib təmizləmək mümkündür.
Maraqlıdır ki, tər izləri və xırda qırışlar da köynək üçün ciddi problem yaratmır. İstehsalçıların sözlərinə görə, onu hər gün ütüləməyə ehtiyac yoxdur. (AZƏRTAC)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər