Tər qoxusunun qarşısını alan 3 TƏBİİ ÜSUL

Xəbərin çap versiyası
Tarix: 16-11-2017, 00:30
 Tər qoxusunun qarşısını alan


Tərləmək sağlamlıqdır. İnsan bədəni toksinləri atmaq üçün tər vəzilərini istifadə edir. Ancaq dezodarantlar, antipresperantlar tər vəzilərini bağlayır. Toksinləri atmaq üçün isə tər vəzilərinin bağlanmaması lazımdır. Əlbəttə tərləyərək ətrafa naxoş qoxular yaymaq da istəməzsiniz. Bunun da qarşısını almağın çox asan yolları var.

SİVİL.AZ
ailem.az-a istinadla tər qoxusunun qarşısını almaq üçün bir neçə təbii üsul təqdim edir.

Üsul 1.

Bunun üçün ehtiyacınız olan tək şey bir neçə damcı limon suyudur. Ovcunuzun içinə damcılatdığınız bir neçə damcı limonu qoltuq altına sürtməniz yetərli olacaq. Bu üsul ən az 12 saat təsirli olur.

 Tər qoxusunun qarşısını alan


Üsul 2.

1 sprey şüşəsi
Alma sirkəsi
Su

Alma sirkəsinin miqdarını sudan bir az artıq götürün. Hər ikisini sprey şüşəsinə doldurub çalxalayın. Gün ərzində bir, ya iki dəfə istifadə etməniz yetərli olacaq. Tərləsəniz də, təxminən 8 saat qoxu hiss etməyəcəksiniz.


 Tər qoxusunun qarşısını alan


Üsul 3.

Limon və alma sirkəsini qarışdırın, pambıqla batırıb qoltuqaltına sürtün. Əgər qoltuqaltı qaralması kimi şikayətiniz varsa, limon damcıları rənginin açılmasına yardım edəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz