Dodaq çatlarını sağaldan TƏBİİ KREM

Xəbərin çap versiyası
Tarix: 21-11-2017, 00:40
Dodaq çatlarını sağaldan


Dodaqlarınızı soyuq hava və çatlardan qorumaq üçün təbii yollardan istifadə edin.

SİVİL.AZ
bununla bağlı fərqli resept təqdim edir.

Dodaq kremi üçün lazım olanlar:

3 çay qaşığı bal mumu (rəndələnmiş);
1 çay qaşığı bal;
30-35 damcı nar suyu;
6 çay qaşığı kakos yağı;
Krem qabı.


Hazırlanması:

Bal mumu və kakos yağını bir qaba tökün və qaynayan suyun buxarında əridin. Daha sonra nar suyunu və balı əlavə edin.

Yaxşıca qarışdırın və təmiz krem qabına yığın. Bu təbii kremi hər gün dodaqlarınıza sürtsəniz, çatlardan xilas olarsınız. (ailem.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz